az

“Matanat A” şirkəti “Xəzər İnşaat həftəsi” çərçivəsində təşkil olunan Baku Build 2025 sərgisində yeni innovativ məhsullarını təqdim edib.

2025-10-23

“Matanat A” şirkəti “Xəzər İnşaat həftəsi” çərçivəsində təşkil olunan Baku Build 2025 sərgisində yeni innovativ məhsullarını təqdim edib.

25 illik yubileyi ərəfəsində şirkətin təqdim etdiyi 3 yeni məhsul sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. AZWOOL Mineral Daş Yunu zavodunun məhsulları şirkətin ölkə inşaat sənayesinin inkişafına xidmət edəcək ən mühüm yeniliyi hesab edilə bilər. Sıxlığı 30-160 kqm³ arasında olan AZWOOL Mineral Daş Yunu növləri yerli tələbatı ödəməklə yanaşı ixrac potensialı da yüksəkdir.

Şirkətin sərgilədiyi 2-ci yenilik İNOVEX Quru Divar Sistemləri və fasad üzləmə lövhələridir. Bu məhsul inşaatda inqilab hesab oluna bilər. İNOVEX quru divar sistemləri kərpic, mişar daşı, qazbeton və digər ənənəvi hörgü materialları ilə görülən hörgü işini əvəz edir. Daş yunu ilə birgə istifadə olunduğundan İNOVEX ilə enerjiyə qənaət edilir, həmçinin yanğına dayanıqlı divar əldə edilmiş olur.

İtalyan texnologiyası ilə istehsal olunan MİRVANA dekorativ boyaları da sərgi ziyarətçilərinin marağına səbəb olub. Divar kağızını əvəz edərək müxtəlif effektlərdə və rəng çeşidlərində olmaqla, ekoloji sağlam mühit yaradan MİRVANA dekorativ boyaları sərgi ziyarətçilərinin, xüsusən individuallığa, keyfiyyətə, qiymətə önəm verən rəssam, dizayner, inşaat şirkəti və iş icraçılarının diqqətini cəlb edib. Bundan əlavə, digər çoxsaylı yeni innovativ inşaat həlləri sərgi ziyarətçilərinə təqdim edilib.

“Xəzər İnşaat Həftəsi” çərçivəsində “Matanat A” şirkəti, həmçinin “Kompromissiz keyfiyyət: Tikinti materiallarında keyfiyyət modeli” adlı panel müzakirəsində iştirak edib. 4 sistem, 27 məhsul qrupu üzrə 3000-ə yaxın məhsul çeşidləri haqda ümumi məlumatla yanaşı, ekoloji sağlam MİRVANA dekorativ boya haqqında da məlumat verilib, məhsulun tətbiqi təqdim olunub.