az

Matanat A” şirkəti İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin- AZPROMO-nun təşkilatçılığı ilə Küveytdə təşkil olunan işgüzar səfərdə iştirak edib.

2025-10-20

“Matanat A” şirkəti İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun rəhbərliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin- AZPROMO-nun təşkilatçılığı ilə Küveytdə təşkil olunan işgüzar səfərdə iştirak edib. Səfər çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah və Küveyt iş adamları ilə görüş keçirilib.

“Matanat A” şirkətinin nümayəndəsi Şahanə Sarı “Made in Azerbaijan” inşaat materialları haqqında məlumat verib və daha sonra ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətin 4 sistem, 28 məhsul qrupu üzrə 3000-dən artıq məhsul çeşidininin olması, həmçinin sürətlə qloballaşma imkanları Küveyt iş adamları tərəfindən rəğbətlə qarşılanıb.