az

"MATANAT A" Şirkətlər Qrupu növbəti maarifləndirmə tədbirini uğurla həyata keçirdi.

2025-12-16

"MATANAT A" Şirkətlər Qrupu növbəti maarifləndirmə tədbirini uğurla həyata keçirdi.

"MATANAT A USTALAR KLUBU" peşəkar inkişaf və texniki biliklərin artırılması istiqamətində təşkil etdiyi ənənəvi maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində yüzlərlə peşəkar usta ilə bir araya gələrək şirkətin brendləri olan AĞDAĞ GİPSKARTON LÖVHƏLƏRİ, FASMİNERAL, İNOVEX, FASKER və s.  məhsullar barədə ətraflı məlumatlar verildi. 

 AĞDAĞ GİPSKARTON LÖVHƏLƏRİ

  • Çatlamaya və qırılmaya qarşı yüksək müqavimətə malikdir;
  • Kəsimi və tətbiqi rahatdır;
  • İstənilən dizaynda ovalların yaradılmasına imkan yaradır;
  • İstehsalında spesifik kartondan istifadə olunur;
  • Almaniyanın GRENZEBACH TEXNOLOGİYASI ilə istehsal olunur;
  • EN 520 AVROPA STANDARTINA cavab verir.

İNOVEX quru divar sistemləri ənənəvi kərpic, mişar daşı, qazbetonla görülən hörgü işini əvəz edir. Daş yunu ilə birgə istifadə olunduğundan İNOVEX ilə enerjiyə qənaət edilir və yanğına dayanıqlı bir divar əldə olunur.

İNOVEX – hər iki tərəfi mineral liflərlə gücləndirilmiş, örtüklə örtülmüş fasad lövhəsidir. 

  • İNOVEX səth sərtliyi xüsusi gücləndirilmiş, bakteriyalara qarşı dözümlü, su hopdurmaya qarşı davamlı və yüksək keyfiyyətli lövhədir;
  • TS EN 15283 -1 + A1 standartına uyğundur;
  • İNOVEX istənilən hava şəraitində tətbiq oluna bilər;
  • İNOVEX- in qüsursuz səthi onun üzərinə istilik izolyasiya materiallarının təqbiq edilməsi üçün düzgün səth əmələ gətirir.

 Tədbir zamanı iştirakçılara məhsulların üstünlükləri, istifadə sahələri və tətbiq üsulları praktik nümunələrlə izah olundu.  Tədbirin sonunda iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.