1975-ci ildə BMT-nin təşəbbüsü ilə 8 mart beynəlxalq qadınlar günü elan edilmişdir. Həmin ildən başlayaraq bu əlamətdar hadisə hər il yüksək diqqət və qayğı ilə dünyanın dörd bir tərəfində, eləcə də ölkəmizdə böyük həvəslə qeyd olunur. Tarix boyu bütün türk dünyasına örnək göstərilən Burla xatun, Xurşudbanu Natavan, Tomris, Nigar, Həcər kimi xanımlar yetişdirmiş Azərbaycanın müasir ictimai-siyasi həyatında da fəal rol oynayan xanımlar vardır. Məhz bu amil – qadınların cəmiyyətə daha böyük inteqrasiyası respublikamızda gender bərabərliyinin və qadın huquqlarının qorunması üçün vacib faktorlardan biridir. Bu gün istər dövlət orqanlarında, istərsə də özəl müəssisələrdə mühüm, məsuliyyətli işlər görən xanımların olması buna nümunə ola bilər.
“Mətanət A” şirkətinin əmək kollektivində çalışan bir çox xanım əməkdaşlar da şirkətin aparıcı rəhbər vəzifələrində, eləcə də sıravi işlərdə daima yüksək bacarıq və intellekt nümayiş etdirirlər. Şirkətin 13 illik zəngin inkişaf tarixinə nəzər saldıqda şirkətin hər zaman xanımlara olan yüksək diqqət və qayğısını şahidi oluruq. Heç təsadüfi deyil ki, hər il olduğu kimi, bu il də 8 Mart Beynəlxalq Qadınlar Günü şirkətimizdə yüksək əhval ruhiyyədə qeyd olundu. Şirkətin xanım kollektivi ilə keçirilən bayram tədbirində onların həyata keçirdikləri işlər, şirkətin inkişafına verdikləri tövhələr, eyni zamanda cəmiyyətimizn inkişafında göstərdikləri səylərdən danışıldı. Xanımların da təbrik çıxışları ilə davam edən tədbir sonda şirkət adından hədiyyələr və gül dəstələri təqdim olunması ilə başa çatdı. “Mətanət A” şirkəti bir daha 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik edir, hər bir xanıma xoşbəxtlik və ailə səadəti arzulayır. Bayramınız mübarək, əziz xanımlar!