az

"Mətanət A" şirkəti Baku build 2013 beynəlxalq inşaat sərgisində uğurla iştirak etdi

2013-10-26

Tikinti məhsulların istehsalında qabaqcıl yerlərdən birinə sahib olan, yerli və beynəlxalq sərgilərin daimi iştirakçısı olmuş “Mətanət A” şirkəti 23-26 oktyabr tarixində Bakı Ekspo mərkəzində təşkil olunan 19-cu beynəlxalq tikinti sərgisində iştirak etmişdir.

3 sistem, 22 mal qrupu, 200 dən artıq ticarət markasına və 1000-dən atıq məhsul çeşidinə malik olan “Mətanət A” şirkəti bu sərgidə də zəngin və yeni məhsul çeşidlərini nümayiş etdirməkdədir. Yeni nəsil boyalar olan ROKOL boyaları, fasadda ağlay daşını yaradan FasNatural məhsulu sərgidə nümayiş olunan məhsullardan bir neçəsidir.

Müasir texnologiyalarla istehsal olunan ROKOL boyaları Sintetik əsaslı boyalar; Emulyasiya boyaları; Sellülozik boyalar və İzolyasiya boyalar olmaqla 4 əsas istiqamətdə istehlakçılara təklif olunur. “İlin uğurla inkişaf edən boya brendi” nominasiyasında istehlakçılar tərəfində qalib elan olunmuş ROKOL boyaları səthə mükəmməl yapışma, yüksək örtmə qabiliyyəti, günəş şüalarına və yağışa davamlı olma xüsusiyyətləri ilə geniş alcı kütləsi qazanmışdır.

Şirkətin elmi araşdırmalar mərkəzində çalışan əməkdaşların tövsiyyələri və müasir texnalogiyaların tətbiqi nəticəsində ərsəyə gəlmiş digər bir məhsul isə fasadda aqlay daşı yaradan FasNatural məhsuludur. FasNatural fasadın vəziyyətinə görə bir neçə müxtəlif variantlarda tətbiq olunur. Qara suvaqla suvanmış və ya suvanmamış fasadlarda, dekorativ paduqaların eləcə də digər ornamentlərin alınmasında rahatlıqla istifadə olunan bu məhsul, şaxtaya və istiyə qarşı aqlay daşa nisbətən daha davamlıdır. Müqavimət gücü yüksək olan FasNaturalın tətbiqi nəticəsində fasadın yükü 11 dəfəyə kimi azalır, təmir daha ucuz başa gəlir. İnşaat sənayesində bir yenilik olan bu məhsul da istehlakçılar tərəfindən “İlin ixtirası” nominasiyasında da qalib elan edilmişdir.

Respublikamızda aparılmış məqsədyönlü iqtisadi siyasətin, sahibkarlığa olan dövlət dəstəyinin nəticəsi kimi bu gün şirkət istehsal həcmini daha da artırmış və qloballaşaraq Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan, Qazaxstan kimi ölkələrə Azərbaycan Malı adı altında məhsul ixrac edərək milli iqtisadiyyatımızı xarici bazarlarda da uğurla təmsil etməkdədir.