az

“Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL ianə edib

2023-02-10

 

“Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna ianə edib

 

“Mətanət A” şirkəti Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, ölənlərə Allahdan rəhmət diləyir.

Daim sosial məsuliyyətə önəm verən “Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL məbləğində vəsait ianə edib.

Xatırladaq ki, bazar ertəsi Türkiyədə baş vermiş 7.7 ballıq zəlzələ nəticəsində ölkənin cənubi şərq bölgəsi ciddi dağıntılara məruz qalıb, minlərcə insan həlak olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm və 10 zəlzələ bölgəsində 3 aylıq fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkətinin əsası 2000-ci ildə qoyulub və şirkət qısa müddət ərzində innovativ texnologiyalar sayəsində yüksək inkişaf nümayiş etdirməklə milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olub.  Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Ölkədə mövcud olan təbii ehtiyatların səmərəli istifadəsi, resurslardan istifadə zamanı ekologiyanın qorunması, ən son texnologiyaların istehsalatda tətbiqi, elmi-texniki potensialın fəal sürətdə istehsal prosesinə cəlb olunaraq yeni innovativ məhsulların istehsalı şirkətin əsas prinsiplərindəndir.