“Matanat A” şirkəti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “İzolyasiya problemləri və həlli yolları” adlı elmi seminar keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev çıxış edərək mövzunun aktuallığını vurğulayıb. O, qoyulan məsələnin tələbələrlə yanaşı professor-müəllim heyəti üçün də önəmli müzakirə mövzusu olduğunu bildirib.
AzMİU-nun Materialşünaslıq kafedrasının müdiri İradə Şirinzadə illərdir davam edən AzMİU və “Matanat A” əməkdaşlığından söz açıb. İradə Şirinzadə bildirib ki, bu cür əməkdaşlıqlar sahənin inkişafına müsbət təsir göstərir.
Texnika elmləri namizədi Yasin Xəlilov izolyasiya problemlərinin həlli yolunda bu sahədə fəaliyyət göstərən elm adamlarının önəmini vurğulayıb.
“Matanat A” şirkətinin Marketinq departamentinin müavini Müjgan Bəşirova təqdimat əsasında auditoriyaya “Matanat A” haqqında məlumatları, şirkətin hədəflərini və prioritet istiqamətlərini çatdırıb.
“Matanat A” şirkətinin laboratoriya mütəxəssisi Orhan Köçer “İzolyasiya problemləri və həlli yollayı” başlıqlı təqdimatla çıxış edib. Təqtimat zamanı izolyasiya növləri, izolyasiyanın təmin edilməsi kimi mövzulara toxunulub.
Təqdimatlardan sonra elmi seminar sual və müzakirələr ilə davam edib.