XX əsrin qanlı faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Mətanət A” şirkətinin rəhbərliyi və əməkdaşlarından ibarət kollektiv soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
“Mətanət A” şirkətinin kollektivi tərəfindən Xocalı soyqırımı abidəsinin önünə əklil və gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.