az

12 dekabr- Anım Günü

2023-12-12

12 dekabr - Ümummilli Lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günüdür.

Bu münasibətlə “Matanat A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi Fəxri Xiyabanı ziyarət edib.  Ulu Öndərin məzarına əklil və gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Ümummilli liderin həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi “Matanat A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi tərəfindən hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.