az

Matanat A şirkəti İrak İnşaat sərgisinə qatılıb.

2023-12-13

 Qafqazın lider inşaat materialları istehsalçısı “Matanat A” şirkəti 22-24 noyabr 2023-cü il tarixində İraqın paytaxtı Bağdadda təşkil olunan İraq Beynəlxalq İnşaat sərgisində iştirak edib. Matanat A keramika yapışdırıcısı, ROKOL, Mirvana, FasNatural, Izolatexe, eləcə də boya rəng çeşidləri ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb.

 

Türkiyə və İraq Ticarət nazirliyinin dəstəyi ilə təşkil olunan sərginin rəsmi açılış mərasimində çıxış edən İraq Ticarət naziri cənab Atheer Al-Ghurairi sərginin korporativ ünsiyyət və iqtisadiyyatın rifahı üçün önəmli bir addım olduğunu bildirib.

 

Qeyd edək ki, “Matanat A” şirkətlər qrupu Made in Azerbaijan məhsullarını Gürcüstan, Özbəkistan, İraq və s. region ölkələrində uğurla təmsil edir.