az

Ustalar Klubunun Gəncə təqdimatı

2023-12-14

Ağdağ Gipskarton lövhələrinin Gəncə şəhərində təqdimat tədbiri baş tutmuşdur. Gəncədə baş tutan təqdimat tədbirində Gəncə, Şəmkir, Samux, Ağstafa, Goranboy, Göygöl, Daşkəsən və Tovuzdan olmaqla 200-ə yaxın usta iştirak edib. Tədbirdə Ağdağ Gipskarton Lövhələrinin üstünlükləri, Fugaplaster aralıq doldurma qarışığı və Ağdağ üzlük məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar Ağdağ Gipskarton Lövhələrini test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildiriblər.

Gəncə tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırılıb. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 4 üzvümüz isə "Ağdağ Gipskarton Lövhələri" ilə mükafatlandırılıb. Həmçinin bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olunub.

Qaynar xətt: +994 50 235 35 00