az

“Matanat A” şirkətinin məhsullarının Gürcüstanda təqdimatı keçirilib.

2023-08-11
3 avqust tarixində Azərbaycanın və regionun inşaat materialları bazarında liderliyini qoruyub saxlayan "MATANAT A" şirkətlər qrupunun müasir alman texnologiyaları əsasında istehsal olunan məhsullarının Gürcüstanda təqdimat mərasimi təşkil olunub.
10 zavodda 2 mindən artıq zəngin məhsul çeşidinə sahib MATANAT məhsulları haqqında verilən məlumatlar gürcülər tərəfindən böyük maraqla dinlənilib. Şirkətin vitse prezidenti, dr. Fuad Bəşirov öz çıxışında şirkətin inkişaf yolu və gələcək məqsədləri ilə bağlı qısa məlumat verib.
Quru İnşaat Qarışıqları üzrə istehsal bölmə rəhbəri Orhan Köçer, Maye İnşaat Qarışıqları üzrə istehsal bölmə rəhbəri Ahmet Uysal tərəfindən məhsullarla bağlı verilən məlumatlar iştirakçılar tərəfindən dərin rəğbətlə qarşılanıb.
 
Tədbir ziyafət və canlı musiqi ifası ilə davam edib.
 
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 "Keyfiyyətin İdarə Olunması" beynəlxalq standartını almışdır. 2012-ci il avqustun 8-də isə İSO 14001:2004 "Ətraf mühitin idarə olunması" beynəlxalq standartına layiq görülmüşdür. Eyni zamanda Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə Ukranya Keyfiyyət Assosasiyası tərəfindən 2005-ci ildən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində Azərbaycanı ilk dəfə olaraq "Mətanət A" şirkəti təmsil etmiş və FİNALİST 2012 diplomu və kuboku ilə təltif olunmuşdur. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli keyfiyyət mükafatları ("Century İnternational Quality Era Award", "Award Global Quality Management", "Gold Star İnternational Award for Quality", "New Millennium Award", "İntellekt" mükafatı, "İnşaat materiallarının istehsalı üzrə İlin Lider şirkəti", “İlin brendi - AĞDAĞ" və s. mükafatlar) ilə də təltif olunmuşdur.