az

“Matanat A Ustalar Klubu”nun növbəti təqdimat tədbiri baş tutub.

2023-03-31

“Ağdağ Gipskarton lövhələrinin mart ayında Bakı şəhərində təqdimat tədbiri baş tutmuşdur. Bakıda baş tutan təqdimat tədbirində Bakı, Sumqayıt və Abşerondan olmaqla 200-dən artıq usta iştirak etdi.

Ağdağ Gipskarton lövhələrinin Bakıda təşkil olunan tədbirində Ağdağ Gipskarton Lövhələrinin üstünlükləri, Fugaplaster aralıq doldurma qarışığı və Ağdağ üzlük məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar Ağdağ Gipskarton Lövhələrini test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildirdilər.

Bakı tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 4 üzvümüz isə Ağdağ Gipskarton Lövhələri ilə mükafatlandırıldı. Həmçinin bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu.

Qaynar xətt: +994 50 235 35 00”