Noyabrın 30-da “Matanat A” Şirkətinin təşkilatçılığı, Qaradağ rayonu İcra Hakimiyyətinin və Qaradağ rayon YAP nümayəndələrinin iştirakı ilə “Ağdağ” Gips zavodunda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin sahibkarlığın inkişafına verdiyi töhfələr” mövzusunda dəyirmi masa keçirildi.
Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ümummilli liderin misilsiz xidmətlərindən bəhs edən video çarx tədbir iştirakçılarına təqdim olundu.
Tədbirdə çıxış edən “Matanat A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Texnika elmləri üzrə fəlsəfə doktoru Elxan Bəşirov Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən söz açdı. “Ulu Öndər qeyri-neft sektorunun inkişafını hər zaman əsas prioritet məsələlərdən biri hesab edərək, mütəmadi olaraq iş adamları ilə görüşlər keçirirdi. Sahibkarların fəaliyyətində qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görürdü. Heydər Əliyevin sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərməsi, bu istiqamətdə müəyyənləşdirdiyi siyasət Azərbaycan iqtisadiyyatında özəl sektorun payını əhəmiyyətli şəkildə artırdı və azad sahibkarlıq inkişaf etməklə ölkənin davamlı iqtisadi tərəqqisi təmin olundu. Ulu Öndər ölkənin taleyini həll edəcək bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də köklü dəyişikliklərin aparılması üçün böyük zəmin yaratdı. Məhz Heydər Əliyevin bu səyləri nəticəsində makroiqtisadi sabitlik yaranmağa başladı. Həmin dövrdə artıq Azərbaycanın bazar iqtisadiyyatı yolunda prinsipial addımlar atmasının şahidi olurduq. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mənəvi sahələrdə olan böhran aradan qaldırıldı və özəl sahibkarlıq sahəsində inkişaf başlandı.
Qafqazda ilk müasir tipli gips zavodu olan “Ağdağ” Gips Zavodunun tikintisinə də məhz Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanmışdı. 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yeni “Ağdağ” Gips zavodunun açılışı həyata keçirildi. Ölkə başçısı açılış mərasimində zavodun müasir maddi texniki bazası ilə, o cümlədən digər zavodlarımızda istehsal edilən yüksək standartlara cavab verən məhsullarla tanış olmuşdur.
Ölkəmiz bu gün Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində yüksək sürətlə inkişaf edirək, regionda lider dövlətə çevrilmiş və tarixinin ən əzəmətli zirvəsinə yüksəlmişdir. Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir və xalqımız bu əsərin memarını, Ulu Öndərimizi qəlbində əbədi yaşadacaq” deyə Elxan Bəşirov çıxışında bildirdi.
Daha sonra “Matanat A” Şirkətinin Müşahidə Şurasının sədrinin İnvestisiyalar və İstehsal müəssisələri üzrə müşaviri Mayıs Qasımov və “Avanqard N” MMC-nin direktoru Mustafa Güçlü çıxış edərək Ulu öndərin zəngin irsi və tarixi xidmətlərindən danışıblar.