az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FİLKRET 400" Quru beton səthlərinin bərpası və təmiri üçün qarışıq

"FİLKRET 400" Quru beton səthlərinin bərpası və təmiri üçün qarışıq

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Filkret 400 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, yüksək stabilliyə malik səthlərin təmiri və bərpası üçün qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • quru beton səthlərin təmirində və suvanmasında;
  • divar və tavanların suvanması və təmirində;
  • keramika və kafel örtüyü döşənməzdən əvvəl hamar səthlərin alınmasında istifadə olunur.

Üstünlükləri

  • yalnız su ilə qarışdırılır, asan şəkildə tətbiq edilir;
  • səthlərin düzgün bitişməsini təmin edir;
  • beton və suvaqlı səthlərdə yüksək yapışma müqaviməti yaradir;
  • geniş səthlərə asan şəkildə tətbiq edilir;
  • çatlar əmələ gəlmir;
  • yüksək tiksotropik xüsusiyyətinə malikdir;
  • şaxtaya və istiyə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. Tikililərin təmir ediləcək sement əsaslı səthləri möhkəm, tozsuz və təmiz olmalı, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından dəmir və taxta parçalarından tamamilə təmizlənməli və 4 sm-lik dərinliyə qədər olan boşluqlar MATON 200 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsul ilə doldurulmalıdır. Qarışığın tətbiq ediləcəyi səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.

Qarışığın hazırlanması. Ölçü cihazı vasitəsi ilə müvafiq miqdarda suyu təmiz vannaya boşaldın və üzərinə yavaş-yavaş Filkret 400 əlavə edin. Dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı cihazla homogen bir qarışıq əldə edilənə qədər 4 dəqiqə qarışdırın. Təqribən 4 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

Filkret 400

1 kq-lıq toz üçün

20 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

 

0,22 litr

 

4,4 litr

İstifadəyə hazır məhlulun sıxlığı

1,68 kq/litr

Tətbiqi. Hazırlanan qarışığı 1-30 mm qalınlıqda olmaqla mala vasitəsilə səthə çəkin. Qarışıq suyu çəkənə qədər gözləyin, səthə çəkilən qarışığın üzərinə suvaq fırçası ilə su səpin. Sonra isə polad və ya taxta malanın köməyi ilə səthi istənilən şəkildə düzəldin. Filkret 400 məhsulu açıq havada, açıq geniş səthlərdə, xüsusi ilə isti, quru və küləkli mühitdə tətbiq edildikdə 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhlulu ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş Filkret 400 məhsulu +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Bu müddət +320C temperatur üçün 20 dəqiqədir. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya surəti ətraf mühitin, istiliyin və həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidratasiya ləngiyir və nəticədə məhsulun istifadə müddəti artır. Yüksək hərarət isə hidrotasiyanı sürətləndirir, nəticədə yuxarıda qeyd olunan müddət bununla əlaqədar azalır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin temperaturu nəzərdə tutulan minumum həddən az olmamalıdır. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir. Filkret 400 bərkidikdən sonra yalnız mexaniki vasitələrlə səthdən təmizlənə bilər.

Texniki göstəricilər

Rəng

boz

İstifadə temperaturu

+5ºC ÷+32ºC

İstifadə müddəti:
+20ºC temperaturda

30 dəqiqə

Əyilmədə möhkəmlik həddi:

  • 28 gündən sonra

>3 N/mm2

Sıxılmada möhkəmlilik həddi:

  • 28 gündən sonra

>15 N/mm2

Qopma müqaviməti:

  • 28 gündən sonra

>1,0 N/mm2

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

 

1 mm
5 mm

Tam bərkimə müddəti

28 gündən sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 20 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1,38 kq/mquru qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orijinal kisələrdə, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • Filkret 400 təmir qarışığı tətbiq edildiyi zaman iş və işçinin sağlamlığı qaydalarına müvafiq olaraq iş paltarlarından, qoruycu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • udulduğu zaman isə həkimə müraciət edin;
  • qatışıq tətbiq edilən sahəyə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerdə saxlayın.
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!