az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL 100" Binder astar,istifadəyə hazır

"ROKOL 100" Binder astar,istifadəyə hazır

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Akrilik əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, istifadəyə hazır duru mayedir.

İstifadə sahələri

Bu astardan:

  • gips, beton, suvaq, döşəmə suvağı, ağac kimi səthlərin suhopma qabiliyyətini azaltmaqla sement əsaslı materialların yapışma qabiliyyətinin artırılmasında;
  • köhnə səthlərin üzərində görüləcək üzlük tamamlama işlərindən əvvəl;
  • daha yaxşı nəticə əldə etmək məqsədi ilə keramika, üzlük plitələr, səviyyə alma qarışığı (Şap), izolyasiya, boya kimi materialları istifadə etməmişdən əvvəl istifadə olunur.

Üstünlükləri

  • istifadəyə hazırdır;
  • istifadə olunacaq səthlərin qopub tökülməsinə və sonradan çatlar əmələ gəlməsinə yol vermir;
  • məhsuldarlığı artırır;
  • materialların sərfinə qənaət edir.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət edilməlidir. Səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.

Tətbiqi. BINMADER 100 məhsulunu istifadədən əvvəl çalxalayın və səthə vərdənə və ya fırça ilə çəkin. Qurumayana qədər üzərində heç bir iş görməyin. Maddənin quruma müddəti 45-60 dəqiqədir. Gips kimi suhopma qabiliyyəti yüksək olan məhsulların üzərinə 2 qat çəkin.

Tövsiyələr. BINMADER 100 astarının istifadə olunduğu səthin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

ağ rəngli maye

İstifadə temperaturu

+50 C÷+300 C

Quruma müddəti:

  • +230C temperaturda

 

45-60 dəqiqə

Həcm kütləsi

0,98 kq/l

Qablaşdırma

1; 4 və 10 litrlik plastik bidon

Sərfiyyat

BINMADER 100 üçün sərfiyyat 1 m2 sahəyə 150 qramdır. 1 litrlik BINMADER 100 məhsulu təxminən 6-7 m2 səthin astarlanmasına sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • astarın mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!