az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

Azwool daxili məkanlar üçün istilik və səs izolyasiya lövhəsi, daş yunu

Azwool daxili məkanlar üçün istilik və səs izolyasiya lövhəsi, daş yunu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

AZWOOL Lite - daxili məkanlar üçün istilik və səs izolyasiya lövhələri bazalt süxurunun yüksək temperaturda əridilib liflər halına gətirilməsindən alınır, daxili məkanlarda həm istilik itkilərinin qarşısını almaq, həm də səs izolyasiyasını təmin etmək üçün nəzərdə tutulub.

İstifadə sahələri

Bu məhsuldan:

  • daxili arakəsmələrdə;
  • tavan və asma tavanda;
  • döşəmə altı izolyasiyada;
  • mansard və dam altı məkanlarda istifadə olunur.

Üstünlükləri

  • İstilik və səs izolyasiyasını təmin edir;
  • Montajı asandır, xüsusi alət tələb etmir;
  • Uzunömürlüdür;
  • Enerjiyə qənaət etməyə kömək edir;
  • Yanmazdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İş sahəsi təmiz, quru və tozsuz olmalıdır. Səthdə yağ, kir və digər çirklər olmamalıdır. Nəm və ya su ilə dolu səthlərdə istifadə edilməməlidir. Divar və ya döşəmə səthində çatlar varsa, əvvəlcə doldurulmalı və hamarlan­dırılmalıdır.

Tətbiqi. AZWOOL daxili məkanlar üçün istilik və səs izolyasiya lövhələri ölçüyə..

uyğun kəsilir. Plitələr sıx şəkildə, aralarında boşluq qalmadan səthə yerləşdirilir. Lazım olduqda istehsalçının tövsiyə etdiyi yapışqan və ya fiksasiya vasitələrindən istifadə edilir. Kənarları və birləşmələri möhürləyərək istilik sızımasının qarşısı alınır. İş bitdikdən sonra səth quru saxlanılmalıdır.

Texniki göstəriciləri

İstilik keçiricilik, Vt/mK <0,039
10% deformasiya sıxılmaya qarşı davamlılıq, Kpa <10
Orqanik maddələrin miqdarı, % <4
Qısa müddət ərzində (24 saat) suyun hopması kq/m², (28 gün) <1
Uzun müddət ərzində (28 gün) suyun hopması kq/m² <1,5
Yanğına qarşı dayanıqlıq A1 sinifli
Sıxlıq, kq/m³ 30
 4050100150
Uzunluq, mm 800 800 800 800
Eni, mm 600 600 600 600
Qalınlıq, mm 40 50 100 150
Qablaşdırmada miqdarı, ed. 12 10 6 4
Qablaşdırmada miqdarı, m² 5,76 4,8 2,88 1,92
Qablaşdırmada miqdarı, m³ 0,23 0,24 0,288 0,288

Sərfiyyat

1 m² izolyasiya üçün: 2.08 plitə/m² istifadə olunur.

Saxlama müddəti və qaydası

İstehsal tarixindən etibarən düzgün şəraitdə və qablaşdırmada saxlamaqla 12 ay.