az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MATANAT A" Granite Mərmər-Qranit yapışdırıcısı (boz)

"MATANAT A" Granite Mərmər-Qranit yapışdırıcısı (boz)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyal, birkomponentli, boz rəngli mərmər-qranit yapışdırıcısıdır. EN 12004-1 standartının C2TE sinfinin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu mərmər-qranit yapışdırıcısı:

  • daxili və xarici məkanlarda;
  • çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzlərində;
  • xəstəxana, məktəb və digər iş yerlərində;
  • mərmər, qranit vı digər üzlük plitələrin beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • Rahat hazırlanır və tətbiq olunur;
  • Yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri, həmçinin köhnə mərmər və qranitləri qopartmadan üzərinə hər növ üzlük materialları asanlıqla yapışdırır;
  • İstiyə və şaxtaya davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli, ROKOL BİNDER astar və ya standartlara uyğun istehsal edilmiş digər oxşar məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı ehmalca 6,0-6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur.

Plitənin yapışdırılma müddətini səthin üzərinə çəkilmiş qarışığa barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, o zaman sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. "Matanat A" Granite mərmər-qranit yapışdırıcısı( boz) istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan üzlük plitələr istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50 C ÷ +300 C

Su /quru qarışıq

2,4 – 2,6 litr su/10 kq quru qarışıq
6,0 -6,5 litr su/25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

2 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan10 və 25 kq-lıq kisələrdə

EN 12004-1 standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥30 dəqiqə

30-40 dəqiqə

Sürüşmə

<0,5 mm

0

Yapışma müqaviməti

>1 N/mm2

>1,5-2 N/mm2

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının yayılma qalınlığı, mm

<25 sm²

3

1–2

25-100 sm²

4

2-3

100-600 sm²

6

3-4

600-1800 sm²

8

4-5

1800-7200 sm²

10

5-6

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

 

 

"Matanat A" Granite (boz) mərmər-qranit yapışdırıcısı

(kq)

 

 

1 mm qalınlıq üçün quru qarışığın

sərfiyyatı

(kq/m2)

 

 

 

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

 

 

 

 

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

 

 

 

 

3 mm    

4 mm

6 mm

8 mm

10 mm

25

1,42

6,5

1,3 kq

2,6 kq

3,9 kq

5,1 kq

6,4 kq

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • "Matanat A" Granite mərmər-qranit yapışdırıcısının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!