az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

"FasMazaik" N Mineral Dekorativ Fasad Suvağı, natural

"FasMazaik" N Mineral Dekorativ Fasad Suvağı, natural

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Polimer əsaslı, istifadəyə hazır, daxili və xarici səthlərdə istifadə olunan təbii daşlardan hazırlanmış dekorativ mozaika suvağıdır.

İstifadə sahələri

Bu məhsuldan:

  • binaların daxili və xarici divarlarında;
  • suvaq, beton, taxta, panel və s. səthlərdə istifadə olunur.

Üstünlükləri

  • Səthə mükəmməl yapışır;
  • Yağış, nəm, günəş şuaları və s. kəskin hava şəraitinə dözümlüdür;
  • Dəniz sahillərindəki nəmə qarşı davamlıdır;
  • Elastikdir, çatlamır, qopmur;
  • Rəngi solmur;
  • Müqaviməti çox yüksəkdir;
  • Yuyula biləndir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yağ, pas, parafin və digər yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir. Səthdəki çatlar və çuxurlar Rokol Akrilik Fasad məcunu və ya digər oxşar məhsulla düzəldilməlidir. Səth ROKOL Binder ilə və ya digər oxşar məhsulla astarlanmalı və astar quruduqdan sonra dekorativ suvaq səthə çəkilməlidir.

Qarışığın hazırlanması. Dekorativ suvağı aşağı döviyyəli qarışdırıcı ilə tam şəkildə qarışdırın. İstifadə olunan məhsulun qatılığını nizamlamaq üçün az miqdarda su əlavə edin (ən çoxu məhsulun 1%-i qədər).

Tətbiqi.  Dekorativ suvağı arasında hava boşluğu qalmamaq şərti ilə paslanmayan metal mala ilə eyni qalınlıqda, eyni istiqamətə doğru çəkin və cilalayın.

Məhsulun istifadəsi. Məhsulun +200C temperaturda və 60% nəmişlikdə ən az 72 saata tam sərtləşir. Havanın temperaturundan asılı olaraq, bu müddət dəyişə bilər. Məhsulun istifadəsi və sərtləşmə müddəti zamanı atmosfer yağıntılarından və güclü günəş işığından qorumaq lazımdır. İstifadə zamanı havanın temperaturu +10 ilə və 300C arasında olmalıdır. Məhsulların istehsal tarixləri eyni olmalıdır. Müxtəlif istehsal tarixli məhsullar rəng fərqinə səbəb olur. Məhsula heç bir əlavə maddə qatmayın.

Texniki göstəricilər

Qatı maddə miqdarı ~80%
Sıxlığı 1.45 kq/litr
Qablaşdırma 25 kq-lıq plastik vedrə

Sərfiyyat

1 m² sahəni 3 kq dekorativ suvaq ilə 2 mm qalınlığında suvamaq olar

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablarda, sərin və quru yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə  qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun  müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər  istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə  “Mətanət  A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!