az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"PENOFLEX 5" istilik izolyasiya lövhələri üçün yapışdırıcı

"PENOFLEX 5" istilik izolyasiya lövhələri üçün yapışdırıcı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Penoflex 5 yapışdırıcısı sement əsaslı, modifikasiyalı polimerləşdirilmiş, istilik izolyasiya lövhələrinin yapışdırılmasında istifadə olunan məhsuldur. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • montalama işlərində istilik izolyasiya lövhələrinin yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • mükəmməl yapışma qabiliyyətinə malikdir;
  • rahat hazırlanır və tətbiq olunur;
  • şaxtaya və istiliyə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. Məhsulun istifadə olunacağı səthlərin sağlam, quru, tozsuz, təmiz və eyni zamanda düz olmasına diqqət etməli, səth yapışma muqavimətini zəiflədən hər cür yağ, pas və parafin qalıqlarlndan tamamilə təmizlənməli və səthdə əlavə qırıntılar qalmamalıdır. Səthdə 5 və ya 20 mm dərinliyində çatlar olarsa, 2 gün öncədən Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə təmir edilməlidir. İstifadə olunacaq səthin temperaturu 250C-dən yuxarıdırsa, səth nəmləndirilməlidir.

Qarışığın hazırlanması. 25 kq quru qarışığı yavaş-yavaş təmiz bir qaba 6,0-6,5 litr suyun üzərinə boşaldın və kürəciklər yox olana qədər 3-5 dəqiqə qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin və yenidən 30 saniyə qarışdırdıqdan sonra məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Tətbiqi. Penoflex 5 yapışdırıcısını istilik izolyasiya lövhələrinin kənarlarına xətt şəklində, orta hissəsinə isə dairə şəklində suvaq malası ilə çəkin. İstilik izolyasiya lövhələrini səthə yapışdırarkən istənilən səviyyə və bərabərlik yaranan kimi yerlərinə otuzdurun. Penoflex 5 yapışdırıcısı bərkidikdən sonra istilik izolyasiya lövhələrini uyğun səthə mexaniki olaraq dubellə (mismarla) bərkidin. İstilik izolyasiya lövhələri səthə yapışdırılan zaman lövhələrin səthindəki yapışdırıcının quruyaraq qabıqlaşmasına yol verilməməlidir.

Tövsiyələr. Istilik izolyasiya lövhələri Penoflex 5 yapışdırıcısı ilə divara yapışdırıldıqdan sonra mutləq səthə uyğun dubellə (mismarla) bərkidilməlidir. Yapışdırıcının istifadə olunacağı mühitin temperaturu +50C–dən aşağı və ya +30 0C–dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti, yağışlı və küləkli havalarda məhsuldan istifadə olunmamalıdır. Xarici məkanlarda istilik izolyasiya lövhələri ilə örtülmüş səth 24 saat günəş şualarından, küləkdən və yağışdan qorunmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və yeni məhsul əlavə olunmamalıdır.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50C ÷+ 300C

Su/quru qarışıq nisbəti

6,0-6.5 litr su/25 kq quru qarışıq

Qopma muqaviməti :

  • betonda
  • istilik izolyasiya lövhələrində

 

≥0.5 N/mm 2

≥0.2 N/mm 2

İstifadə qalınlığı:

  • minimum
  • maksimum

 

3 mm

8 mm

İstifadə müddəti

1 saat

Həcm kütləsi

1,63 kq / litr

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

Penoflex 5 yapışdırıcısının sərfiyyatı 3 mm qalınlıq üçün 4 kq/m2-dir. 25 kq-lıq Penoflex 5 yapışdırıcısı ilə təxminən 6,0-6,5 m2 səthə istilik izolyasiya lövhələri yapışdırıla bilər.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimium 10 ədəd olmaqla 12 ay müddətində saxlanıla bilər.

Xəbərdarlıqlar

  • Penoflex 5 yapışdırıcısının mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!