az

İNŞAAT SİSTEMLƏRİ
FASAD SİSTEMLƏRİ
QATQI SİSTEMLƏRİ

İnovex Fasad lövhələri

İnovex Fasad lövhələri

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

İnovex – hər iki tərəfi mineral liflərlə gücləndirilmiş örtüklə örtülmüş fasad lövhəsidir. İnovex səth sərtliyi xüsusi gücləndirilmiş, bakteriyalara qarşı dözümlü, su hopdurmaya qarşı davamlı və yüksək keyfiyyətli lövhədir. TS EN 15283-1+ A1 standartına uyğundur.

İstifadə sahələri

  • Çöl divarların yaradılmasında və fasad üzləmə işlərində arakəsmələr quraşdırılmasında istifadə olunur;
  • Quru, nəmli və yanma təhlükəsi olan sahələrdə istifadə olunur.

Üstünlükləri

  • İnovex tərkibi su və nəm əleyhinə gücləndirilmiş və xüsusi lifli təbəqə sayəsində xarici divarların üzlənməsində istifadə olunan mükəmməl lövhədir;
  • İnovex şüşə lifli təbəqə örtüyün, lövhənin daxilinə dərindən nüfuz edərək tərkib hissəsinə çevrilməsi nəticəsində yüksək müqavimətə malik lövhədir;
  • A1 kateqoriyalı odadavamlı lövhədir;
  • Antibakterialdır;
  • İnovex istənilən hava şəraitində tətbiq oluna bilər;
  • Fasad lövhələrinin profillərarası məsafələri aşağı sıxlıqlı mineral yunlardan istifadə olunmasına imkan verir.
  • İnovex-in qüsursuz səthi onun üzərinə istilik izolasiya materiallarının tətbiq edilməsi üçün düzgün səth əmələ gətirir.

 

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərə araməsafələri 60 sm olmaqla qalvanizə olunmuş profillər sağlam şəkildə, yəni profillər sağa, sola, yuxarı və aşağıya tərpənməz (sabit) şəkildə bərkidilir.

Tətbiqi

Tətbiqi. Hazır səthə İnovex fasad lövhələri tətbiq edən zaman şurup­lar arası məsafə 15-20 sm olacaq şəkildə bağlanılır.

Tövsiyələr

Tövsiyələr. İnovex fasad lövhələrinin birləşmə yerlərini ilk olaraq fasad aralıq doldurucu ilə doldurmalı, daha sonra dərz bandı çəkilməsi tövsiyə olunur. İstifadə edilən şurup­lar korroziyaya davamlı olmalıdır (paslanan şurup­lar olduqda daşıyıcı sistemi saxlaya bilməz, nəticədə İnovex lövhəsi və metal profillər deformasiyaya uğrayıb qopa bilər).

Texniki göstəricilər

Texniki göstəricilər
Tipi GM–FHIR
Çəkisi 11 kq/m²
Uzunluğu 2400 mm
Eni 1200 mm
Qalınlığı 12,5 mm və 15 mm
Kənar tipi Nazikləşdirilmiş düzbucaqlı kənar
1 ədəd gipskarton lövhənin səthinin sahəsi 2.88 m²
Möhkəmlik həddi:
əyilmə uzun kənar boyunca
əyilmə qısa kənar boyunca
725±10% N
300±10% N
Qablaşdırma Salafanla örtülmüş şəkildə hər paletdə
50 ədəd olmaqla qablaşdırılmışdır