az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FasMineral" dekorativ fasad örtüyü

"FasMineral" dekorativ fasad örtüyü

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Məhsul haqqında

Əhəngdaşı və sement əsaslı, yüngül liflə möhkəmləndirilmiş, səthdə təbii görünüş yaradan, daxili və xarici səthlər üçün nəzərdə tutulmuş son qat örtük materialıdır.

İstifadə sahələri

Bu məhsuldan:

  • incə astar, düzgün vurulmuş qaba astar, beton, qazbeton kimi səthlərin, silikat və ya akrilik əsaslı köhnə boyaların üzərinin örtülməsində;
  • XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar)kimi istilik və səs izolyasiya lövhələrinin üzərinin örtülməsində istifadə olunur.

Üstünlükləri

  • mürəkkəb texnoloji formula əsasında hazırlandığı üçün yüksək buxarkeçirmə qabiliyyətinə malik olub, istilik izolyasiya sistemləri üçün ideal bir fasad örtüyüdür;
  • dəyişkən hava şəraitinə dözümlüdür və su hopmur;
  • nəmliyin qarşısını alır;
  • yüngül olduğu üçün tətbiqi və bəzək verilməsi rahatdır;
  • binaya təbii və dekorativ görüntü verir;
  • səthdəki xətaları örtür;
  • standart rənglərdən başqa materialın üstü silikonlu fasad boyasının rəng çeşidləri ilə boyana bilər;
  • liflə möhkəmləndirildiyinə görə çat vermir və tökülmür.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz, quru və sağlam olmalı, səthə 3-4 mm qalınlığında Penoflex 8 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli suvaq vurulduqdan ən azı 48 saatdan sonra (tam quruyandan sonra) FasMineral çəkilməlidir. FasMineral məhsulunun tətbiqindən öncə səth mütləq Binmader və ya standartlara uyğun istehsal edilmiş digər astarla astarlanmalıdır. Qazbeton kimi boşluqları olan yerlərə və əmici səthlərə Penoflex 8 və ya standarlara uyğun istehsal edilmiş digər bu tipli istilik izolyasiya suvağı nazik qat şəklində vurulduqdan sonra FasMineral örtüyü çəkilə bilər.

Qarışığın hazırlanması. 25 kq-lıq FasMineral məhsulunu yavaş-yavaş 6,0-7,5 l təmiz və soyuq suya əlavə edin və homogen qarışıq əmələ gələnə qədər zəif dövriyyəli qarışdırıcı ilə təxminən 10 dəqiqə ərzində qarışdırın. Suyun miqdarını hava şəraitinə görə tənzimləyin. Qarışığın hazırlanması uyğun sıva makinaları ilə də həyata keçirilə və püskütmə yolu ilə səthə vurula bilər. Makina ilə qarışdırılarkən məhlulun içindəki dənələrin aşınmamasına diqqət yetirin. Qarışdırılan hər partiya məhsul üçün eyni miqdarda su istifadə edin. Əks halda səthin dekorativ bəzəyində və rəng tonunda fərqlər yarana bilər. Qarışdırılmış məhlulu 10 dəqiqədən sonra yenidən qarışdırın.

Tətbiqi. Hazırlanmış homogen qarışığı paslanmayan polad mala və ya müvafiq püskürtmə makinası ilə səthə vurun və eyni qalınlıqlı qat əldə etmək üçün qarışığın artığını səthdən götürün. FasMineral örtüyü səthə vurulduqdan sonra maksimum 10 dəqiqə ərzində bəzək verilməlidir. Cizgili səth əldə etmək üçün cizgilər hansı tərəfə istiqamətlənirsə, sivirmə də o tərəfə doğru edilməlidir. Plastik və ya poliuretan mala ilə üfuqi, şaquli və ya dairəvi bəzək verilə bilər. Bəzək verilərkən mala səthi sıx-sıx sivirməlidir. Eyni səthdə bütün işlər eyni partiyada hazırlanmış qarışıqla görülməlidir. Böyük səthlərdə görüləcək işin vaxtında başa çatması üçün kifayət qədər işçinin işləməsinə şərait yaradılmalı, qarışığın ara vermədən yaş-yaş aralıqların bitişmə yerlərinə çatana qədər vurulmasına nail olunmalıdır. Hazır qarışıq hava şəraiti nəzərə alınmaqla 2 saat ərzində istifadə edilməlidir. Bərkimiş və ya qatı qarışığa su əlavə edərək istifadə edilməməlidir.

Tövsiyələr. Qızmar günəş altında, güclü küləkdə, dumanda, yüksək nisbi nəmlikdə, güclü yağıntılar zamanı istifadə edilməməlidir. Səthə vurulan qarışıq quruma vaxtı başa çatana qədər donmaqdan, yağışdan və ya digər səbəblərə görə islanmadan qorunmalıdır. Əgər lazım gələrsə, örtüklərdən istifadə edilməlidir. Səthin və havanın temperaturu minimum +5°C, maksimum +25°C olmalıdır. Temperatur +25°C-dən yuxarı olduqda mineral örtükdə suyun itirilməsinin və müqavimətin düşməsinin qarşısını almaq üçün səth 3 gün ərzində səhər-axşam püskürtmə yolu ilə (təzyiqsiz) nəmləndirilməlidir. Üzərini normal şərtlərdə 24 saatdan sonra boyamaq olar.

Texniki xüsusiyyətləri

Rəngi

ağ və ya 6 standart rəngdə

Quru halda məhsulun tökmə sıxlığı

< 1,3 kq/l

Quruma müddəti:

  • 20°C temperaturda və 65% nisbi nəmlik şəraitində quruması
  • tam quruması

24 saatdan sonra
2-3 gündən sonra

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

>1,5 MPa
>3,0 MPa

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələr

Sərfiyyat

Quru qarışığın sərfiyyatı: 2,6-3,0 kq/m2-dir. Səthin forması və vurulmanın şərtlərinə uyğun olaraq göstərilən sərfiyyat miqdarı dəyişə bilər.

Saxlama müddəti və qaydası

Quru şəraitdə, nəmdən qorunmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • sement əsaslı və tərkibində qələvi olduğuna görə gözə və dəriyə düşərsə dərhal təmiz, bol su ilə yuyun;
  • ağıza düşərsə həkimə müraciət edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • havanın istiliyi, səthin əmiciliyi, qarışığa əlavə edilən su miqdarı, qarışdırma müddəti, səthin astarsız olması və fərqli partiyalarda istehsal olunan mallar rəngli FasMineral örtüyündə ton fərqi yarada bilər;
  • FasMineral ötrüyünü vurmazdan əvvəl səth mütləq Binmader astarla astarlanmalıdır;
  • örtüyün kirlənməyə və xarici təsirlərə qarşı dözümlülüyünü artırmaq və ya ton fərqinin qarşısını almaq üçün FasMineral örtüyünün üstü silikonlu “Rokol” fasad boyası ilə 2 qat boyanmalıdır;
  • boyanın sərfiyyatı dekorativ bəzəyə görə dəyişə bilər;
  • vurulmazdan öncə rəng yoxlanılmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!