az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"PENOFLEX 8" istilik izolyasiya lövhələri üçün suvaq

"PENOFLEX 8" istilik izolyasiya lövhələri üçün suvaq

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Penoflex 8 sement əsaslı və lif tərkibli olub, modifikasiyalı polimerləşdirilmiş istilik izolyasiya lövhələrinin suvanmasında istifadə olunan suvaq məhsuludur. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • mantolama işlərində istilik izolyasiya lövhələrinin suvanmasında;
  • dəmir-beton səthlərə boya vurulmamışdan öncə səthin suvanmasında istifadə olunur.

Üstünlükləri

  • mükəmməl yapışma qabiliyyətinə malikdir;
  • lif tərkibli olduğu üçün suvanmış səthdə çat əmələgəlmə ehtimalını minimuma endirir;
  • rahat hazırlanır və tətbiq olunur;
  • istifadə müddəti uzundur;
  • üzərinə birbaşa boya çəkilə bilər;
  • şaxtaya və istiliyə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. Penoflex 8 suvağının istifadə olunması üçün istilik izolyasiya lövhələrinin səthə normal qaydada yapışdırılması və dubellənməsi vacibdir. Lövhələr küləyin təsirindən və digər təsirlərdən tərpənməməlidir.

Qarışığın hazırlanması. 20 kq quru qarışığı yavaş-yavaş təmiz bir qaba 4,6 litr suyun üzərinə boşaldın və kürəciklər yox olana qədər 3-5 dəqiqə qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin və yenidən 30 saniyə qarışdırdıqdan sonra məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Tətbiqi. Penoflex 5 ilə yapışdırılmış və dubellənmiş istilik izolyasiya lövhələrinin səthinə bir qat Penoflex 8 çəkin. Sonra sıva filesini (tor) birinci qata otuzdurun. Ardınca ikinci qat Penoflex 8 suvağını səthə çəkin. Penoflex 8 tələb olunan bərkliyə çatdıqdan sonra üzərinə qoruyucu fasad boyası çəkilə bilər.

Tövsiyələr. Yapışdırıcının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və ya +300C–dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti, yağışlı və küləkli havalarda məhsuldan istifadə olunmamalıdır. Xarici məkanlarda istilik izolyasiya lövhələri ilə örtülmüş səth 24 saat günəş şualarından, küləkdən və yağışdan qorunmalıdır. Qurumağa başlamış qarışığa qətiyyən su və yeni məhsul əlavə olunmamalıdır.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+5 ÷+300C

Qopma muqaviməti:

  • betonda
  • istilik izolyasiya lövhələrində

 

≥ 1,0 N/mm 2

≥ 0,2 N/mm 2

İstifadə qalınlığı:

  • minimum
  • maksimum

 

3 mm

5 mm

İstifadə müddəti

1 saat

Həcm kütləsi

1,86 kq / litr

Su /quru qarışıq nisbəti

4,6 litr su / 20 kq quru qarışıq

Qablaşdırma

2 və ya 3 qatı kraft kağız və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələrdə

Sərfiyyat

Penoflex 8 suvaq məhsulunun sərfiyyatı 3 mm qalınlıq üçün 4,5 kq/m 2-dır. 20 kq-lıq Penoflex 8 suvaq məhsulu ilə təxminən 4,0-4,5 msəthi suvamaq mümkündür.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimium 10 ədəd olmaqla 12 ay müddətində saxlanıla bilər.

Xəbərdarlıqlar

  • Penoflex 8 suvaq məhsulunun mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!