az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FASKER " Yüksək performanslı iri ölçülü plitə yapışdırıcısı

"FASKER " Yüksək performanslı iri ölçülü plitə yapışdırıcısı

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, xüsusi polimer əlavəli, yüksək nəticələr əldə etməyə imkan verən, şaxtayadavamlı, maksimum yüksəkliyə yapışdıran birkomponentli, Nano texnologiyalı, boz rəngli fasad yapışdırıcısıdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • binaların fasadına müxtəlif ölçülü keramika, çini keramika, kotto, mərmər, qranit və digər təbii daşların, dekorativ kərpic və bu kimi üzlük materialların müxtəlif yüksəkliklərdə yapışdırılmasında;
  • binaların fasadında beton, süvaq, döşəmə suvağı kimi səthlərin üzərinə 60 sm x 60 sm ölçüdə olan mərmər və qranit kimi üzlük plitələrin 6 metr, 40 sm x 40 sm ölçülü plitələrin 12 metr və 15 sm x 30 sm ölçülü üzlük plitələrin isə 30-50 metr yüksəkliyə yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • müxtəlif iqlim şəraitində istifadəyə yararlıdır;
  • yüksəklikdə keramika və digər üzlük materialları şaquli və üfqi səthlərə keyfiyyətlə yapışdıdır;
  • şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
  • rahat hazırlanır və tətbiq olunur;
  • istiyə və şaxtaya davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndilirməli və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş bu tip məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması
. 25 kq quru qarışığı 6,0-6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş (bu üsulda yapışdırıcı həm səthə çəkilir, sonra daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) yapışdırma üsulundan istifadə edin.

Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddəti həmin qarışığın üzərinə barmaqla azca toxunmaqla (basmaqla) müəyyən edilir. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu siyirib atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Böyük ölçülü üzlük materiallarla işlədiyiniz zaman, yapışdırma işini üfüqi istiqamətdə icra edin və başa çatan sıra ilk müqavimət gücünə çatmamış, sonrakı üst sıraya keçməyin. Şaquli istiqamətlərdə hər 3,5 m-dən bir genişlənmə aralığı buraxın.

Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadə üçün məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. İstifadə edildiyi mühitin temperaturu FASKER 100 üçün +50C-dən aşağı və +300C -dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti +300C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş FASKER 100 qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. FASKER100 sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının yayılma qalınlığı, mm

15 sm x 15 sm-ə qədər

6,0

2,0-3,0

30 sm x 30 sm-ə qədər

3,0

3,0-4,0

30 sm x 30 sm-dən yuxarı

10,0

4,0-5,0

Üzlük plitələrin ölçülərindən asılı olaraq tövsiyə olunan aralığın eni

Üzlük plitələrin ölçüləri

Aralıqların eni, mm

15 sm x 15 sm-ə qədər

3,0-4,0

30 sm x 30 sm-ə qədər

4,0-5,0

30 sm x 30 sm--dən yuxarı

5,0-8,0

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50C ÷ +300C

Su/quru qarışıq

2,6-2,7 5 l su /10 kq quru qarışıq
6,0-6,5 l su / 25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

3 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

20-35 dəqiqə

Sürüşmə

 

0

Qopma müqaviməti

>0.5 N/mm2

>2.6 N/mm2

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2 -ə sərf olunan quru qarışığın miqdarı (kq-la).

FASKER

(kq)

1 mm qalınlıq üçün

quru qarışığın sərfiyyatı

(kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

6 mm

8 mm

10 mm

25

1,37

6,0

3,63

5,2

6,38

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • Fasker 100 yapışdırıcısının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!