İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"BEMATON" 3060 yüksək müqavimətli beton istehsalında istifadə olunan beton qatqısı

"BEMATON" 3060 yüksək müqavimətli beton istehsalında istifadə olunan beton qatqısı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

BEMATON 3060-polikarboksilli efir əsaslı, yüksək miqdarda suazaldıcı, davamlılıq və müqavimətə ehtiyac olan hazır beton sənayesi üçün təkmilləşdirilmiş ən yeni nəsil super plastifikatorlu (axıcı) beton qatqısıdır. AZS 221-2006 (TS EN 934-2) Cədvəl 3.1 və 3.2: “Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu (axıcı) beton qatqısı” ASTM C 494 Tip F: “Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu beton qatqısı” standartlarına uyğundur.

İstifadə sahələri

Bu beton qatqısı:

  • öz-özünə yerləşən və sıxlaşan betonun istehsalında;
  • sıx armaturlaşdırılaraq möhkəmləndirlmiş konstruksiyalara asan qaydada yerləşdirilə bilən Reodinamik beton istehsalında;
  • 18-24 saat və 28 gün ərzində yüksək müqavimət əldə olunan beton istehsalında;
  • prekast və prefabrik beton istehsalında istifadə olunur.

Üstünlükləri

  • ənənəvi super plastifikatorlarla (NSM və ya MSM) müqayisədə istifadə olunan betonun ilkin və son möhkəmliyini, çəkmə müqavimətini, polada yapışmasını, həmçinin keçirməzliyini və dayanıqlığını artırır;
  • betonun karbonatlaşmaya və xlor ionlarına qarşı müqavimətini, aqressiv kimyəvi maddələrə qarşı davamlılığını, soyuyarkən betonun sıxılma və dartılma kimi mexaniki xüsusiyyətlərini yaxşılaşdırır;
  • əlavəsiz betonla müqayisədə aşağı su/sement nisbətində istismar parametrlərini saxlamaqla ayrılma (hissələrə parçalanma) və qopma riski az olan Reoplastik beton əldə olunur;
  • aşağı temperaturlarda belə erkən yüksək müqavimətli beton istehsalını təmin edir;
  • qəlibdən ayırma müddətini minimuma endirir;
  • ayrılma və tərləməni azaldaraq betonun aşınma (deformasiya) müqavimətini artırır.
  • beton qarışıqlarında aşağı su/sement nisbəti, erkən yüksək davamlılıq və tərləməni azaltma xüsusiyyətləri sayəsində qatran əsaslı səth örtmə sistemlərinin yeni betonun üzərinə tətbiq olunması müddətini qısaldır;
  • betonun donmaya -əriməyə qarşı davamlılığını artırır;
  • prekast beton istehsalında sərtləşmə müddətini və istiliyi azaldır;
  • bütün sement növləri ilə uyğun qaydada istifadə oluna bilir;
  • fərqli materiallardan istifadə olunmasına qarşı az həssaslıq göstərir;
  • tərkibində xlor yoxdur.

İsitfadə qaydaları

Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə BEMATON 3060-ı qarışığa əlavə edin. BEMATON 3060-ın qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.

Ən yeni nəsil super plastifikatorların kimyəvi mexanizmi. Sement dənəcik səthləri beton qarışdırma prosedurunun ən ilkin mərhələsində ənənəvi melamin və naftalin sulfanat əsaslı super plastifikatorlu polimerlərlə əhatələnirlər. Polimer zəncirlərinin sulfatlaşmış qrupları sement dənəcik səthlərinin mənfi yükünü artırır və elektrostatik qüvvə bu dənəcikləri itələyir. Nəticədə elektrostatik mexanizm sement xəmirinin dağılmasına səbəb olur və betonun istifadəsini asanlaşdıraraq, betonun daha az su qarışığı ilə əldə olunmasını təmin edir. Bununla yanaşı, hidratlaşma prosesi başlayır. Sürətlə böyüyən hidratlaşma kristalları dənəciklərin səthinin mexanizmini dəyişdirir və beləliklə də bu dənəciklərin sərbəst şəkildə dağlmasının qarşısı alınır.

BEMATON 3060-ın ənənəvi super plastifikatorlardan (NSM və ya MSM) fərqi sement fraksiyasının effektivliyini artıran yeni və bənzəri olmayan təsir mexanizminə malik olmasıdır. BEMATON 3060 uzun zəncirli karboksilli efir polimerlərindən ibarətdir. Qarışdırma prosedurunun əvvəlində ənənəvi super plastifikatorlarda olduğu kimi elektrostatik itələmə mexanizmi baş verir. Bu proses nəticəsində suya olan ehtiyac böyük miqdarda azalaraq plastifikatorlu (axıcı) beton əldə olunur. Ancaq, polimer onurğasına bağlanan zəncirlər sement dənəciklərinin dağılma və yayılma qabiliyyətini böyük ölçüdə sabitləşdirərək steril bir maneə əmələ gətirir. Bunun sayəsində isə daha az su miqdarı ilə daha yüksək plastifikatorluluq (axıcılıq) təmin olunur.

Digər qatqı materialları ilə uyğunlaşması. BEMATON 3060 aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • öz-özünə yerləşən betonun alınmasına ehtiyacın yarandığı hallarda mineral yapışdırıcı maddələrlə (kvars qumu, vulkan külü və şlak);
  • donmaya və əriməyə qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;
  • FLOTON seriyalı (NSM əsaslı) qatqı maddələri ilə birgə istifadə oluna bilməz.

Texniki göstəricilər

Maddənin quruluşu

polikarboksilli efir əsaslı

Rəngi

şabalıdı

Sıxlığı

1,082-1,142 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<3,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək,

1000 kq-lıq fıçı, xüsusi çənlər olan maşınlar

Sərfiyyat

BEMATON 3060-ın sement kütləsinin 0,7-0,9 %-i miqdarında əlavə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış BEMATON 3060 mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə etmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdr. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq istehsal tarixindən etibarən 12 ay müddətində saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • FLOTON seriyasından (NSM əsaslı) olan qatqılarla birgə istifadə etməyin;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda qarışığın içində sorulacaq və bərabər paylanma əldə edilməyəcək. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton növü və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa daha çox həcmdə su tələb olunsa da betonun dizaynı üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton qatqıları quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • BEMATON 3060 beton qatqısı +150C-dən aşağı temperaturlarda istifadə olunarsa, sərtləşmə şərtləri daxilində (temperatur və müddət) sementin miqdarında lazımi düzəlişlərin edilməsi vacibdir;
  • BEMATON 3060-ı başqa kateqoriyadan olan qatqılarla qarışdırdıqda keyfiyyəti aşağı düşür. Bu səbəbdən də saxlanma və qarışdırma avadanlıqları təmizləndikdən sonra bu qatqıdan istifadə olunmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!