az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"İzoKrist" zirzəmilərdə nəmin qarşısını alan və kristallaşan hidroizolyasiya qarışığı

"İzoKrist" zirzəmilərdə nəmin qarşısını alan və kristallaşan hidroizolyasiya qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, çatları örtə bilən, yeni və köhnə tikilmiş divarlarda səth sularına qarşı beton üzərində istifadə olunan və kristallaşan hidroizolyasiya suvağıdır. TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu hidroizolyasiya məhsulundan:

  • daxili və xarici məkanlarda, şaquli və üfüqi istiqamətlərdə;
  • su anbarlarında;
  • tunellərdə;
  • lift şaxtalarında;
  • daş divarlarda;
  • zirzəmilərin divarlarında;
  • bərələrdə və limanlarda istifadə olunur.

Üstünlükləri

  • asanlıqla hazırlanır və istifadə olunur;
  • fırça ilə çəkilir;
  • İzoKrist tərkibindəki uzunmüddətli kristallar vasitəsilə çatları doldurur və suyun keçməsinin qarşısını alır;
  • beton və səthləri suyun korroziya təsirlərindən qoruyur;
  • su təzyiqinə davamlıdır;
  • su buxarını keçirmir, donma və əriməyə davamlıdır;
  • tərkibindəki kristallar açılmaz, səthdən qopmaz və köhnəlməz;
  • içməli su anbarlarında etibarlı şəkildə istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. Su ilə daim təmasda olan sement əsaslı səthlərin sağlam, tozsuz, təmiz, eyni zamanda ölçülərin düz olmasına diqqət yetirməli, səth su ilə yuyularaq yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas, parafin qalıqlarından təmizlənməli və yapışma müqavimətini artırmaq üçün xırda dəliklər açılmalıdır.

Səthdəkı xırda dəmir və taxta parçaları çıxarılmalı və əgər boşluqlar olarsa, onlar MATON 100 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Səth bir gün əvvəlcədən su ilə yaxşıca isladılmalı və qurumadan istifadə olunmalıdır.

Qarışığın hazırlanması. Təmiz bir qaba əvvəlcə İzoKrist tozu tökün və üzərinə yavaş-yavaş su əlavə edərək 400-600 dövr/dəqiqə sürətində olan bir qarışdırıcı ilə 3-5 dəqiqə eynicinsli məhlul əldə edilənədək qarışdırın. Təxminən 3-5 dəqiqə saxlayın və təkrarən 30 saniyə qarışdırdıqdan sonra istifadəyə hazır vəziyyətə gətirin. 20 dəqiqə ərzində istifadə olunacaq miqdarda məhlul hazırlayın.

Tətbiqi. Hazırlanmış İzoKrist məhlulunu fırça ilə əvvəlcədən su ilə isladılmış səthə çəkin. Birinci qat suyunu itirmədən və kristallaşma başlamadan, kifayət qədər sərtləşdiyi halda ikinci qatı çəkin. Bu proses temperaturdan asılı olaraq 3-5 dəqiqə çəkə bilər. Qatların çəkilməsi arasındakı fasilə 6 saatdan az olmalıdır.

Tövsiyələr. İzoKrist-in istifadəsindən sonra onun suyunu sürətlə çəkməsinin qarşısı alınmalıdır. Nəm saxlama xarakterli maddələr qətiyyən istifadə olunmamalıdır. 5-7 gün mütləq su çiləməklə səth nəm şəkidə saxlanılmalıdır. Su anbarlarında İzoKrist çəkildikdən 24 saat sonra anbar su ilə doldurularaq, kristallaşma müddəti və onun daha da dərin qatlara nifuz etmə dərəcəsi artırılır. +230C-də istifadə olunan İzoKrist bir gün sonra mexaniki olaraq dözümlülük qazanır, 7 gün sonra sukeçirməz hala gəlir və son nəticəyə 14 gündən sonra çatır.

Texniki göstəricilər

Rəngi

boz

Məhsulun tərkibi

minerallarla zəngin, polimerləşdirilmiş maddələr, xüsusi sement

Su /toz nisbəti

6,0 l su / 20 kq quru qarışıq

Qarışığın həcm kütləsi

2 kq / l

İstifadə olunacaq mühitin temperaturu

+50C - +320C

İstifadə müddəti

20 dəqiqə

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələrdə

Sərfiyyat

Birinci qatın sərfiyyatı: 1 kq/m² toz məhsul

İkinci qat qatın sərfiyyatı: 1 kq/m² toz məhsul

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunmaqla 12 ay saxlanıla bilər. Qısa müddət saxlandığı halda ən çoxu 3 taxta altlıq üst-üstə qoyulmalıdır və istifadə zamanı əvvəlcə ən altdakı götürülməlidir. Uzun müddət saxlandığı halda isə taxta altlıqlar üst-üstə qoyulmamalıdır.

Xəbərdarlıqlar

  • istifadə olunacaq səthin temperaturu +50C-dən aşağı və ya +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmazsa istifadə etməyin;
  • xarici səthlərdə istifadə olunduğu halda səthi ilk 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qoruyun.
  • hazırlanmış məhsulu 20 dəqiqə ərzində istifadə edin.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!