az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" alüminium boya

Məhsul haqqında

Sintetik əsaslı, 3500C-ə qədər temperatura və korroziyaya qarşı davamlı, alüminium rəngli boyadır.

İstifadə sahələri

Bu boyadan:

  • ulturabənövşəyi şüaların əks etdirilməsi lazım gələn batareyaların, sobaların, körpülərin, neft tankerlərinin, dəmir şəbəkələrin və digər metal səthlərin boyanmasında istifadə olunur.

Üstünlükləri

  • yüksək temperatura davamlıdır;
  • korroziyaya davamlıdır;
  • asan tətbiq olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan hər növ toz, yağ, pas, parafin və s. qalıqlardan təmizlənməlidir.

Tətbiqi. İstifadədən əvvəl yaxşıca çalxalayın. Sonra boyanı elə qarışdırın ki, qabın dibində artıq piqment qalmasın. Bu cür qarışdırmanı istifadə prosesində tez-tez təkrarlayın. Fırça və ya vərdənə ilə səthə çəkin

Rəngi

alüminium rəngli

Məhsulun quruluşu

hidrokarbonat

Quru qalığı

37%

Sıxlığı

0,95 kq/litr

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

0,85; 2,5 və 15,0 litrlik dəmir qablarda

Sərfiyyatı

1 m2 səthə 50-70 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, otaq temperaturunda 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!