az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" yaxta lakı

Məhsul haqqında

Üretan alkid əsaslı, birkomponentli, rəngsiz parlaq yaxta lakıdır.

İstifadə sahələri

Bu lakdan:

  • hər cür gəmilərin ağac səthlərinin laklanmasında istifadə olunur.

Üstünlükləri

  • fiziki və kimyəvi təsirlərə davamlıdır;
  • zərbəyə və cızılmağa qarşı dayanıqlıdır;
  • ləkələnmir;
  • sabunlu və yuyucu tozlu su ilə rahat təmizlənir;
  • asan istifadə olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Boyanın tətbiq ediləcəyi səthlər yağ, pas, su və köhnə boyalardan təmizlənməlidir.

Tətbiqi. İstifadədən əvvəl boya yaxşıca qarışdırılmalı və nazik qat şəklində səthə çəkilməlidir.

Texniki göstəricilər

Rəngi

şəffaf

Tərkibi

uretan alkid əsaslı

Sıxlığı:
+200C temperaturda


0,92 kq/l

Quruma müddəti (+200C temperaturda):
-ilk
-son


2 saatdan sonra
7-8 saatdan sonra

Örtmə qabiliyyəti

tək qatda 17 m2/l

Qatı maddə miqdarı

58%±1%

Qablaşdırma

0,75; 2,5 və 15 litrlik dəmir qablarda

Sərfiyyat

Tək qatda 0,06 l boya ilə 1 m2 səthi boyamaq olar.

Saxlama müddəti və qaydası

Kip və ağzı bağlı qabda, sərin yerdə 12 ay saxtanıla bilər.

Xəbərdarlıqlar

  • oddan qoruyun;
  • lak buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın;
  • tətbiq olunduğu mühiti havalandırın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!