az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"EPOKS 300" epoksid əsaslı təmir qarışığı

"EPOKS 300" epoksid əsaslı təmir qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

İkikomponentli olub, ankerləmə, montaj, birləşdirmə və yapışdırma məhsuludur. Uyğunluq kodu: 04.613/8-e. (Komponent A+Komponent B).

İstifadə sahələri

Bu məhluldan:

  • hər növ ankerləmə komponentlərinin yerləşdirilməsində;
  • betonda yaranan çatlamaların təmirində və izolyasiyasında;
  • çatların sementləşdirilməsində;
  • çatların izolyasiya edilməsində;
  • müxtəlif quruluşlu metal və betonların birləşdirilməsində;
  • metal və polad detalların yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • tərkibində həlledici yoxdur;
  • istifadəsi və tətbiqi çox asandır;
  • mexaniki davamlılığı yüksəkdir;
  • su keçirmir;
  • betona və polad səthə yüksək keyfiyyətlə yapışır.

İstifadə qaydaları

Səthin hazırlanması. Sement əsaslı səthlər (beton, şap, suvaq) və ya təbəqələr hər növ çirkdən təmizlənməlidir. Metal səthlər isə pasdan və çirkdən tamamilə təmizlənmiş vəziyyətdə olmalıdır.

Qarışığın hazırlanması. EPOKS 300 yapışdırma məhlulu ikikomponentli olub, müvafiq miqdarlarda qablaşdırılmışdır. İstifadə zamanı hər iki komponent eynicinsli tərkib əmələ gələnə qədər, 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırılmalıdır. Qarışdırma zamanı məhlulun +150C÷+250C temperaturda olması təmin edilməlidir.

Qarışdırılma nisbətiləri:

Kompanent A: epoksid əsaslı qatran 3,75 kq;

Kompanent B: epoksid əsaslı sərtləşdirici 1,25 kq.

Tətbiqi. EPOKS 300 məhsulunu səthə mala vasitəsilə çəkin. Armatur birləşmələrində açılan dəlikləri hava ilə yaxşı-yaxşı təmizləyin. Açılan dəliklər birləşdiriləcək komponentdən 6 mm geniş olmalıdır. Məhsul tapança ilə rahat şəkildə tətbiq oluna bilər.

Tövsiyələr. EPOKS 300 məhlulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C ÷+200C–dir. Hazır məhlul qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

boz

Tərkibi:

  • A komponenti
  • B komponenti

epoksid əsaslı qatran (yapışdırıcı)
epoksid əsaslı sərtləşdirici

Əyilmə müqaviməti:

  • 1 gündən sonra
  • 7 gündən sonra

 

17 N/mm2
25 N/mm2

Qarışığın sıxlığı

1,7 kq/litr

Qopma müqaviməti:

  • Beton üzərində
  • Polad üzərində

 

3,0 N/mm2
3,5 N/mm2

Tam müqavimət alma müddəti

7 gün

Qarışdırılmış məhsulun istifadə müddəti:

  • +200C temperaturda

40 dəqiqə

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

2 mm
30 mm

Təzyiqə qarşı müqaviməti:

  • 1 gündən sonra
  • 7 gündən sonra

 

30 N/mm2
75 N/mm2

Qablaşdırma:

  • A kompanenti
  • B kompanenti

 

3,75 kq-lıq dəmir qablarda
1,25 kq-lıq dəmir qablarda

Sərfiyyat

Çatların forma və dərinliyində asılı olaraq təmir qarışığının sərfiyyatı dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donvurmadan qorumaq şərtilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • EPOKS 300 təmir qarışığının tətbiq olunduğu yerləri təmir işi bitənə kimi havalandırın;
  • istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhlulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməsinə diqqət edin, əks halda dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhlulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!