İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" sintetik super mat boya

"ROKOL" sintetik super mat boya

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Alkid əsaslı, yuyula bilən, mükəmməl örtmə qabiliyyətinə malik, uzun ömürlü, tutqun rəngli sintetik son qat divar, taxta və metal boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • məcun vurulmuş, astarlanmış və başqa formada hazırlanmış hər cür beton, taxta və metal səthlərin boyanmasında istifadə olunur.

Üstünlükləri

  • mükəmməl örtmə qabiliyyətinə malikdir;
  • uzun ömürlüdür;
  • asan yuyulur.

İstifadə qaydaları

Səthin hazırlanması. Boya çəkiləcək səthlər quru, tozsuz, təmiz və hamar olmalı, növünə görə uyğun məcunla suvanmalı, metal səthlərə 1 qat ROKOL Antipas və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul, taxta səthlərə isə MA Tektor səth qoruyucusu və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli  məhsul çəkilməlidir. Əvvəllər boyanmış səthlərə boya çəkməzdən əvvəl 1 qat BİNMADER astar  və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul çəkilərsə, sərfiyyat azalar və boyanın səthə yapışma müqaviməti artar.

Tətbiqi. Boya səthə 2 qat çəkilməlidir. Qatlar arasındakı müddət 24 saat olmalıdır. Fırça və ya vərdənə ilə səthə çəkilməlidir.

Texniki göstəricilər

Məhsulun quruluşu

alkid əsaslı

Quru qalığı

82%

Sıxlığı

1,61 kq/litr

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

0,85; 3,75 və 15,0 litrlik dəmir qablarda

Sərfiyyatı

1 m2 səthə 120-140 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, quru və sərin şəraitdə 3 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!