az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"Mətanət A" hovuzlar üçün plitə və mozaika yapışdırıcısı (ağ)

"Mətanət A" hovuzlar üçün plitə və mozaika yapışdırıcısı (ağ)

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Sement əsaslı, ağ rəngli, birkomponentli keyfiyyətini və istifadə imkanlarını artıran kimyəvi əlavələrlə zəngin, nəm yerlərdə istifadə olunduqda su izolyasiyasını təmin edən xüsusi yapışdırıcılıq gücünə və yüksək elastiklik qabiliyyətinə malik hidroelastik yapışdırıcıdır. AZS 039 (TS-11140) standartına uyğundur.

İstifadə sahələri

Hovuz, hamam, qaynar bulaq, sauna kimi nəmli yerlərdə, daxili və xarici məkanlarda, beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə, keramika, qranit və böyük ölçülü üzlük plitələrin yapışdırılmasında, daha əvvəl yapışdırılmış keramika, qranit və mərmərlərin üstündən qopartmağa ehtiyac olmadan keramika və digər plitələrin yapışdırılmasında istifadə olunur.

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının yayılma qalınlığı, mm

5 sm×5 sm -ə qədər

4,0

1,5-2,0

15 sm×15 sm-ə qədər

6,0

2,0-3,0

30 sm × 30 sm-ə qədər

8,0

3,0-4,0

30 sm× 30 sm-dən yuxarı

10,0

4,0-5,0

Texniki xüsusiyyətləri

Rəngi

İstifadə temperaturu

+50 C ÷ +300 C

Su /quru qarışıq

2,4 – 2,6 litr su/10 kq quru qarışıq
6,0-6,5 litr su/25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

2 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə

24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

20-25 dəqiqə

Sürüşmə

<0,5 mm

0

Qopma müqaviməti

>0,5 N/mm2

>3,2 N/mm2

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la).

 

HİDROYAP White

(kq)

1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

 

 

 

 

4 mm

6 mm

8 mm

10 mm

25

1,34

6,5

1,2

1,78

2,44

4,06

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • HİDROYAP White yapışdırıcısının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!