az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MA Tem" super ləkə təmizləyicisi

"MA Tem" super ləkə təmizləyicisi

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Xüsusi kimyəvi maddələri özündə əks etdirən, çətin təmizlənən müxtəlif növ ləkələrin təmizlənməsindəistifadə olunan məhsuldur.

İstifadə sahələri

Bu məhsuldan:

  • yağlı ləkələrlə çirklənmiş üzlük plitələrin təmizlənməsində;
  • üzlük plitələrin yapışdırılması zamanı üzərində qalan başqa bu kimi ləkələrin asanlıqla təmizlənməsində;
  • səthlərdə əmələ gələn spirtli-spirtsiz içki ləkələrinin, qəhvə, yağ, mürəkkəb, ayaqqabı boyası, pomada, pas, flomaster və s. bu kimi çətin təmizlənən ləkələrin təmizlənməsində;
  • laklanmış və laklanmamış səthlərdə, qranit, normal və girintili-çıxıntılı keramika, kotto və turşuya davamlı üzlük materialların üzərindəki ləkələrin təmizlənməsində istifadə olunur.

Üstünlükləri

  • üzlük daşların üzərindəki ləkələri asanlıqla təmizləyir;
  • qəhvə, yağ, mürəkkəb, ayaqqabı boyası, pomada, pas, flomaster və s. bu kimi çətin təmizlənən ləkələri asanlıqla təmizləyir.

İstifadə qaydaları

Qarışdırılması. Ləkənin növündən asılı olaraq 1/5 və ya 1/10 nisbətində su ilə qarışdırıla bilər.

Tətbiqi. Yuxarıda qeyd olunan nisbətlərdə su ilə qarışdırılmış MA Tem ilə təmizləmə işi iki üsulla aparıla bilər:

Əl ilə təmizləmə. MA Tem mayesini fırça ilə təmizlənəcək sahənin təxminən 2 m2-lik hissəsinə yayın. 2-3 dəqiqə gözlədikdən sonra bez ilə sürtüb təmizləyin. Yerdə əmələ gələn çirkli suyu süngər ilə vedrəyə doldurun. Bez və süngəri təmiz su ilə yuyun. Bu qayda ilə bütün sahəni təmizləyin və təmizləmə işi başa çatdıqdan sonra çirklərin çıxmadığı yerlərdə daha az miqdarda su qarışdırmaqla hazırlanan MATem məhsulundan yenidən istifadə edin. Bütün sahəni çox miqdarda su ilə durulayıb silin və qurumasını gözləyin. Çətin və qalın ləkələrin təmizlənməsində MATem məhsulunu su qarışdırmadan daha uzun müddət səthdə saxlamaqla istifadə edin.

Quru və vakuum aparatı ilə təmizləmə. MA Tem məhsulunu təmizlənəcək sahənin təxminən 4 m2-lik hissəsinə fırça ilə yayın. 2-3 dəqiqə gözlədikdən sonra aşağı hissəsinə möhkəm yuyucu bez yerləşdirilmiş sürtmə aparatı ilə təmizləməyə başlayın. Yerdə əmələ gələn çirkli suyu isə vakuum aparatı ilə toplayın. Bu qayda ilə bütün sahəni təmizləyin və təmizləmə işi başa çatdıqdan sonra çirklərin çıxmadığı yerlərə daha az miqdarda su qarışdırmaqla hazırlanan MA Tem məhsulundan yenidən istifadə edin. Bütün sahəni çox miqdarda su ilə durulayıb, toplanmış suyu vakuum aparatı ilə yığın və qurumasını gözləyin.

Tövsiyə. MA Tem istifadə olunan səthin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən çox), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Görünüşü

şəffaf maye

İstifadə temperaturu

+5°C÷+30°C

Qarışma nisbəti MA Tem /su

1/5 - 1/10

Qablaşdırma

1; 4 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

3-5 litr təmizləyici 100 m(su qarışdırılmadan) səthi təmizləyə bilər.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • MA Tem məhsulunun mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşərsə, dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!