az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" akrilik fasad boyası

"ROKOL" akrilik fasad boyası

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Akrilik sopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli xarici divar boyasıdır.

İstifadə sahələri

Bu boyadan: binaların xarici hissələrində beton, gips, kərpic və digər köhnə və yeni səthlərdə istifadə olunur.

Üstünlükləri

  • istifadə olunduğu səthə mükəmməl şəkildə yapışır;
  • çatlamır və qopmur;
  • yağışa, nəmə və günəş şüalarının təsirinə davamlıdır;
  • dəniz sahillərindəki tikililərdə duzlu suların mənfi təsiriərinə qarşı dözümlüdür;
  • rəngi solmur.

İstifadə qaydaları

Səthin hazırlanması. ROKOL Akrili istifadə etməmişdən əvvəl səth yapışmağa mane olan yağ, toz, qum və digər qalıqlardan tamamilə təmiziənməlidir. Yeni suvanmış səthlərdə 21 gündən (+20°C temperaturda) sonra tətbiq edilməlidir. ROKOL Akril divar boyası səth BİNMADER astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlandıqdan sonra istifadə olunmalıdır.

Tətbiqi. İstifadə zamanı ilk qatda boyanın yarısı qədər, ikinci qatda isə 1/4-i qədər su ilə incəldərək (durulaşdıraraq) fırça və ya vərdənə ilə səthə 2 qat vurun. Qatlar arasında 1 saat gözləyin. İstifadə zamanı səthin temperaturu +5°C-dən yuxarı, mühitin rütubəti isə 80%-dən aşağı olmalıdır.

Texniki göstəricilər

Tərkibi

akrilik sopolimer emulsiya əsaslı

Rəngi

Quru qalıq

63%±1%

Sıxlığı

1,55 q/ml

Quruma müddəti (+20°C temperaturda):
-ilk
-son


1-2 saatdan sonra
24 saatdan sonra

Parlaqlığı (600 Gardner)

7±1

Qablaşdırma

2,5; 7,5 və 15 litrlik plastik qablarda

Sərfiyyat 

1 litr boya ilə 11-13 m2 səthi boyamaq olar.

Saxlama müddəti və qaydası

Birbaşa günəş şüaları düşməyən yerlərdə, 0°C-dən aşağı və +35°C-dən yuxarı olmayan mühitlərdə, donmadan qorumaqla, orijinal qablarda, ağzı qapalı şəraitdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • oddan qoruyun;
  • boya buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!