az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

Məhsul haqqında

Akrilik sopolimer əsaslı, tutqun rəngli, silikon qatqılı, yüksək yapışma və silinəbilmə xüsusiyyətlərinə malik, qoruyucu və dekorativ daxili səth divar boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • məcun vurulmuş, astarlanmış və digər səthlərdə istifadə olunur.

Üstünlükləri

  • yüksək yapışma qabiliyyətinə malikdir;
  • asan silinə bilir;
  • asan tətbiq olunur;
  • dekorativ görünüşlüdür.

İstifadə qaydaları

Səthin hazırlanması. Boyanacaq səthlər quru, tozsuz, təmiz və hamar olmalıdır. Məcun istifadə olunmuş yeni səthlərə ROKOL SİL vurmazdan əvvəl bir qat F-Pas fasad pastası  və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul istifadə olunmalıdır. Əvvəlcədən su və ya solvent əsaslı boya ilə boyanmış, kirlənmiş və ya dekorativ dəyişiklik aparılmış köhnə boyalı səthlərdə ROKOL SİL vurmazdan əvvəl bir qat BİNMADER astar və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul vurulmasi məsləhət görülür.

Tətbiqi. Astar vurulduqdan 24 saat sonra boya 2 qat çəkilir. Birinci qatda boyanın 35%-i, ikinci qatda isə 15-20%-i qədər su ilə incəldilməlidir. Qatlar arsında ən azı 6 saat gözlənilməlidir. Boya səthə fırça və ya vərdənə ilə çəkilməlidir. İstifadə vaxtı temperatur +50C-dən yuxarı, rütubət 80%-dən aşağı olmalıdır.

Texniki göstəricilər

Məhsulun quruluşu

akrilik sopolimer əsaslı

Quru qalığı

68%

Sıxlığı

1,60 kq/litr

Tam quruma müddəti

24 saatdan sonar

Qablaşdırma

3,5; 10,0 və 25,0 kq-lıq dəmir qablarda

Sərfiyyatı

1 msəthə 90-130 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası 

Ağzı açılmamış qablarda, otaq temperaturunda 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!