az

Ustalar klubu Gürcüstanın Marneuli şəhərində

24.11.2023-cü il tarixində Gürcüstan Respublikası, Marneuli şəhərində, Azərbaycanın və regionun inşaat materialları bazarında liderliyini qoruyub saxlayan "MATANAT A" şirkətlər qrupunun istehsal etdiyi məhsulların təqdimat tədbiri baş tutmuşdur.   Tədbir zamanı şirkətin Ustalar Klubu şöbəsinin müdiri Əkbər Dostumalıyev öz çıxışında şirkətin inkişaf yolu və gələcək məqsədləri ilə bağlı məlumat verib. Eyni zamanda şirkətin istehsal etdiyi məhsullarla bağlı verilən məlumatlar, təşkil olunan master klasslar iştirakçılar tərəfindən dərin rəğbətlə qarşılandı.   Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Şirkətin istehsal etdiyi məhsulları test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildirdilər.

2023-12-21Ətraflı

Ustalar Klubunun Gəncə təqdimatı

Ağdağ Gipskarton lövhələrinin Gəncə şəhərində təqdimat tədbiri baş tutmuşdur. Gəncədə baş tutan təqdimat tədbirində Gəncə, Şəmkir, Samux, Ağstafa, Goranboy, Göygöl, Daşkəsən və Tovuzdan olmaqla 200-ə yaxın usta iştirak edib. Tədbirdə Ağdağ Gipskarton Lövhələrinin üstünlükləri, Fugaplaster aralıq doldurma qarışığı və Ağdağ üzlük məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar Ağdağ Gipskarton Lövhələrini test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildiriblər. Gəncə tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırılıb. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 4 üzvümüz isə "Ağdağ Gipskarton...

2023-12-14Ətraflı

Matanat A şirkəti İrak İnşaat sərgisinə qatılıb.

 Qafqazın lider inşaat materialları istehsalçısı “Matanat A” şirkəti 22-24 noyabr 2023-cü il tarixində İraqın paytaxtı Bağdadda təşkil olunan İraq Beynəlxalq İnşaat sərgisində iştirak edib. Matanat A keramika yapışdırıcısı, ROKOL, Mirvana, FasNatural, Izolatexe, eləcə də boya rəng çeşidləri ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb.   Türkiyə və İraq Ticarət nazirliyinin dəstəyi ilə təşkil olunan sərginin rəsmi açılış mərasimində çıxış edən İraq Ticarət naziri cənab Atheer Al-Ghurairi sərginin korporativ ünsiyyət və iqtisadiyyatın rifahı üçün önəmli bir addım olduğunu bildirib.   Qeyd edək ki, “Matanat A” şirkətlər qrupu Made in Azerbaijan məhsullarını Gürcüstan, Özbəkistan, İraq və s. region ölkələrində uğurla təmsil edir.  

2023-12-13Ətraflı

12 dekabr- Anım Günü

12 dekabr - Ümummilli Lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günüdür. Bu münasibətlə “Matanat A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi Fəxri Xiyabanı ziyarət edib.  Ulu Öndərin məzarına əklil və gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Ümummilli liderin həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi “Matanat A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi tərəfindən hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

2023-12-12Ətraflı

AĞDAĞ zavodunda dəyirmi masa keçirilib

Noyabrın 30-da “Matanat A” Şirkətinin təşkilatçılığı, Qaradağ rayonu İcra Hakimiyyətinin və Qaradağ rayon YAP nümayəndələrinin iştirakı ilə “Ağdağ” Gips zavodunda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin sahibkarlığın inkişafına verdiyi töhfələr” mövzusunda dəyirmi masa keçirildi. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ümummilli liderin misilsiz xidmətlərindən bəhs edən video çarx tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə çıxış edən “Matanat A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Texnika elmləri üzrə fəlsəfə doktoru Elxan Bəşirov Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən söz açdı. “Ulu Öndər qeyri-neft sektorunun inkişafını hər zaman əsas prioritet məsələlərdən biri hesab...

2023-12-11Ətraflı

“Matanat A” şirkətinin məhsullarının Gürcüstanda təqdimatı keçirilib.

3 avqust tarixində Azərbaycanın və regionun inşaat materialları bazarında liderliyini qoruyub saxlayan "MATANAT A" şirkətlər qrupunun müasir alman texnologiyaları əsasında istehsal olunan məhsullarının Gürcüstanda təqdimat mərasimi təşkil olunub. 10 zavodda 2 mindən artıq zəngin məhsul çeşidinə sahib MATANAT məhsulları haqqında verilən məlumatlar gürcülər tərəfindən böyük maraqla dinlənilib. Şirkətin vitse prezidenti, dr. Fuad Bəşirov öz çıxışında şirkətin inkişaf yolu və gələcək məqsədləri ilə bağlı qısa məlumat verib. Quru İnşaat Qarışıqları üzrə istehsal bölmə rəhbəri Orhan Köçer, Maye İnşaat Qarışıqları üzrə istehsal bölmə rəhbəri Ahmet Uysal tərəfindən məhsullarla bağlı verilən məlumatlar iştirakçılar tərəfindən dərin rəğbətlə qarşılanıb.   Tədbir ziyafət və canlı musiqi ifası ilə davam edib.   Sement...

2023-08-11Ətraflı

Lerikdə investisiya imkanlarına dair forum keçirilib

Lerikdə investisiya imkanlarına dair forum keçirilib   İyunun 13-də Lerikdə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə forum keçirilib. Tədbirdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri, sahibkarlar iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Lerikdə biznesin inkişafı baxımından potensial sahələr barədə məlumat verib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, rayonlarda sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılması, özünüməşğulluğun təmin edilməsi Agentlik üçün prioritet məsələlərdəndir. İş qurmaq, biznesini inkişaf etdirmək, dövlət dəstəyi mexanizmlərindən yararlanmaq istəyən sahibkarlar 40-dan çox şəhər və rayonu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. Millət...

2023-06-21Ətraflı

8 nömrəli Bakı Peşə Liseyinin müəllim-şagird heyətinin iştirakı ilə “Ağdağ” zavodunda infotur keçirilib.

8 nömrəli Bakı Peşə Liseyinin müəllim-şagird heyətinin iştirakı ilə “Ağdağ” zavodunda infotur keçirilib.   İnfoturda iştirak edən kollektivə brendə aid hədiyyələr təqdim edildikdən sonra liseyin müəllim-şagird heyəti zavodlar kompleksində yaranan şəraitlə yaxından tanış olub, son model “Grenzebach” texnologiyasının istifadə olunduğu zavodda istehsal prosesi, əmək təhlükəsizliyi və məhsul keyfiyyəti barədə məlumat əldə ediblər. İnfoturun sonunda heyətlə xatirə şəkli çəkilib.

2023-06-12Ətraflı

"Yerin təki haqqında" qanun layihəsinin ictimai dinləməsi keçirilib

AR Prezidentinin  2021-ci il 13 iyul 1394 nömrəli Fərmanının 8.1-ci bəndi ilə Nazirlər Kabinetinə beynəlxalq təcrübələr nəzərə alınmaqla, “Yerin təki haqqında” yeni qanun layihəsinin hazırlanması tapşırılıb. Buna uyğun olaraq, 26 mayda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun layihəsinin ictimai dinləməsi və müzakirələr təşkil olunub. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov, əməkdaşlar Nərgiz Rəhimli, Elnur Həsənli, Ədliyyə Nazirliyinin təmsilçisi Aytən Məmmədova, KOBİA-nın şöbə müdiri Eldəniz Əmirovun, ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, mütəxəssis və ekspertlərin iştirak etdiyi tədbirdə bir sıra önəmli rəy, irad və təkliflər irəli sürülüb. Əsas təkliflər mövcud yataqların istifadə müddətində dəyişikliklərin olmasına, lisenziyaların verilməsinə, faydalı...

2023-06-06Ətraflı

“Mətanət A” Şirkətlər Qrupunda Ümümmilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Mətanət A” Şirkətlər Qrupunda Ümümmilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.   Mayın 8-də Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, müasir Azərbaycanın qurucusu ümümmilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Mətanət A” Şirkətlər Qrupunda tədbir keçirilib.  Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən video çarx tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə çıxış edən “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Texnika elmləri üzrə fəlsəfə doktoru Elxan Bəşirov ümummilli liderin Azərbaycan dövlətinin və xalqının həyatındakı əvəzolunmaz fəaliyyətindən söz açaraq, Heydər Əliyev hər zaman dövlət və xalqın maraqlarını hər şeydən üstün...

2023-05-10Ətraflı

“Mətanət A” Şirkətlər Qrupu Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

“Mətanət A” Şirkətlər Qrupu Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.   10 may  ölkəmizdə müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Bu münasibətlə “Mətanət A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, Ulu öndərin məzarına gül dəstələri qoyaraq, ruhu qarşısında baş əyiblər. Ümummilli liderin həyat yoldaşı, görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi “Mətanət A” Şirkətlər Qrupunun rəhbər heyəti və kollektivi tərəfindən hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.  

2023-05-10Ətraflı

“İzolyasiya problemləri və həlli yolları” adlı elmi seminar keçirilib.

“Matanat A” şirkəti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “İzolyasiya problemləri və həlli yolları” adlı elmi seminar keçirilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev çıxış edərək mövzunun aktuallığını vurğulayıb. O, qoyulan məsələnin tələbələrlə yanaşı professor-müəllim heyəti üçün də önəmli müzakirə mövzusu olduğunu bildirib. AzMİU-nun Materialşünaslıq kafedrasının müdiri İradə Şirinzadə illərdir davam edən AzMİU və “Matanat A” əməkdaşlığından söz açıb. İradə Şirinzadə bildirib ki, bu cür əməkdaşlıqlar sahənin inkişafına müsbət təsir göstərir. Texnika elmləri namizədi Yasin Xəlilov izolyasiya problemlərinin həlli yolunda bu sahədə fəaliyyət göstərən elm adamlarının önəmini vurğulayıb. “Matanat A” şirkətinin Marketinq departamentinin müavini Müjgan Bəşirova təqdimat...

2023-04-11Ətraflı

“Matanat A Ustalar Klubu”nun növbəti təqdimat tədbiri baş tutub.

“Ağdağ Gipskarton lövhələrinin mart ayında Bakı şəhərində təqdimat tədbiri baş tutmuşdur. Bakıda baş tutan təqdimat tədbirində Bakı, Sumqayıt və Abşerondan olmaqla 200-dən artıq usta iştirak etdi. Ağdağ Gipskarton lövhələrinin Bakıda təşkil olunan tədbirində Ağdağ Gipskarton Lövhələrinin üstünlükləri, Fugaplaster aralıq doldurma qarışığı və Ağdağ üzlük məhsulları haqqında ustalara ətraflı məlumat verildi. Kluba üzv olan ustaların birbaşa iştirakı ilə master klass həyata keçirildi. Ustalar Ağdağ Gipskarton Lövhələrini test edərək keyfiyyəti ilə daha yaxından tanış olub, öz müsbət fikirlərini bildirdilər. Bakı tədbiri mükafatlandırma hissəsi ilə yekunlaşdırıldı. Tədbir zamanı baş tutan müsabiqə əsasında 3 üzvümüz televizor, 2 üzvümüz telefon, 6 üzvümüz usta ləvazimatları, 4 üzvümüz...

2023-03-31Ətraflı

“Mətanət A” şirkətinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib.

XX əsrin qanlı faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Mətanət A” şirkətinin rəhbərliyi və əməkdaşlarından ibarət kollektiv soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. “Mətanət A” şirkətinin kollektivi tərəfindən Xocalı soyqırımı abidəsinin önünə əklil və gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.    

2023-02-27Ətraflı

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Türkiyədə baş verən zəlzələdən zərərçəkən şəxslərə yardımın göstərilməsi barədə sahibkarlara çağırış edib.

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Türkiyədə baş verən zəlzələdən zərərçəkən şəxslərə yardımın göstərilməsi barədə sahibkarlara çağırış edib.   Hörmətli sahibkarlar! Azərbaycan xalqını səciyyələndirən xüsusiyyətlərdən bəziləri məhz humanistlik, yardımsevərlik, çətin günlərdə birlik olmaları olub. Türkiyə Respublikasında baş vermiş zəlzələnin ilk anlarından etibarən qardaş türk xalqına göstərilən dəstək hər iki xalqın arasında olan sarsılmaz münasibətləri bir daha sübuta yetirdi. Hazırda zəlzələnin fəsadlarını bildirən statistik məlumatlar daim yenilənir və həlak olanların sayının artması hər birimizi kədərləndirir. Bu çətin anlarda sahibkarlar olaraq Türkiyə xalqına dəstək göstərmək hər birimizin qardaşlıq borcudur. Biz də öz növbəmizdə zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin...

2023-02-15Ətraflı

“Mətanət A” şirkəti Misirdə zavod tikəcək

“Mətanət A” şirkəti Misirdə zavod tikəcək   Yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü keçirilib. Görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi çıxış ediblər. İqtisadiyyat naziri M. Cabbarov çıxışında hazırkı tədbirin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M. Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, yaradılan biznes mühitindən, həyata keçirilən yaşıl enerji layihələrindən və dövlətin bu prosesə verdiyi dəstəkdən...

2023-02-10Ətraflı

“Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL ianə edib

  “Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna ianə edib   “Mətanət A” şirkəti Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, ölənlərə Allahdan rəhmət diləyir. Daim sosial məsuliyyətə önəm verən “Mətanət A” şirkəti Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL məbləğində vəsait ianə edib. Xatırladaq ki, bazar ertəsi Türkiyədə baş vermiş 7.7 ballıq zəlzələ nəticəsində ölkənin cənubi şərq bölgəsi ciddi dağıntılara məruz qalıb, minlərcə insan həlak olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm və 10 zəlzələ bölgəsində 3 aylıq fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, sement və...

2023-02-10Ətraflı