az

İlin Brendi "BLOKPAN”

İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının növbəti, 2017-ci il üzrə təqdimat mərasimi keçirilib.    “Quba Rixos” otelində keçirilən təntənəli mərasimdə yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasında təşəbbüs göstərən 28 yerli, xarici şirkət və təşkilatlar “UĞUR 2017” Milli Mükafatına layiq görülmüşdürlər.   “Mətanət A” şirkətinə məxsus olan “BLOKPAN” məhsulu “İlin Brendi” naminasiyası üzrə “UĞUR 2017” Milli Mükafatına layiq görülüb. Mükafatı “Mətanət A” şirkəti adından Marketinq Departamentinin kuratoru Nanə Quliyeva qəbul etmişdir.   Nanə Quliyeva ilk öncə BLOKPAN məhsulunu “İlin Brendi” adına layiq gördükləri üçün "Consulting&Business" jurnalına “Mətanət A” şirkəti adından dərin təşəkkürünü bildirmişdir. Eləcədə çıxışı zamanı onu da vurğulamışdır ki,...

2017-12-13Ətraflı

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

Ulu Öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü “Mətanət A” şirkətində qeyd edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın önünə gül-çiçək dəstələri və əklil qoyublar. Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, məzarın önünə gül-çiçək dəstələri qoyublar.

2017-05-10Ətraflı

“Mətanət A” şirkəti Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşdə iştirak edib

Xocalı soqırımının 25-ci ildönümü ilə əlaqədar     fevralın 26-da Azərbaycan Respublikasının paytaxtı   Bakı şəhərində ümumxalq yürüşü keçirilib. On minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü Azadlıq meydanından başlayaraq  Xətai rayonunda yerləşən “Ana Fəryadı” abidəsi istiqamətində davam edib. “Mətanət A” şirkətinin kollektivi yürüşdə   iştirak edib, faciə qurbanlarının xatirəsinə ucaldılmış   heykəlin qarşısına gül dəstələri qoymuşlar. Qeyd etmək zəruridir ki, “Mətanət A” şirkəti davamlı olaraq Qarabağ həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı haqda məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə müxtəlif layihələrin həyata keçirilməsinə dəstək göstərir.

2017-02-26Ətraflı