“Mətanət A” şirkəti Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşdə iştirak edib

2017-02-26

Xocalı soqırımının 25-ci ildönümü ilə əlaqədar     fevralın 26-da Azərbaycan Respublikasının paytaxtı   Bakı şəhərində ümumxalq yürüşü keçirilib.

On minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü Azadlıq meydanından başlayaraq  Xətai rayonunda yerləşən “Ana Fəryadı” abidəsi istiqamətində davam edib. “Mətanət A” şirkətinin kollektivi yürüşdə   iştirak edib, faciə qurbanlarının xatirəsinə ucaldılmış   heykəlin qarşısına gül dəstələri qoymuşlar.

Qeyd etmək zəruridir ki, “Mətanət A” şirkəti davamlı olaraq Qarabağ həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı haqda məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə müxtəlif layihələrin həyata keçirilməsinə dəstək göstərir.