"Mətanət A" şirkətində ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunmuşdur

Dekabrın 12-də "Mətanət A" Şirkətində Ulu Öndərimiz Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirin açılışında ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şirkətin prezidenti Elxan Bəşirov Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ideyalarından, Ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından, Heydər Əliyev irsinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və Azərbaycanın bugünkü siyasi-iqtisadi kursundan danışıb. Tədbirdə iştirak edən digər şəxslər də Azərbaycanın qüdrətlənməsi, dövlətçilik ənənələrinin yaradılması, demokratik dövlət qurulması və respublikanın dirçəldilməsində ulu öndərin misilsiz xidmətləri olduğunu sadalamış, hazırda Ümummilli liderimizin ideyalarının müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. Tədbir iştirakçıları dahi şəxsiyyət olan Heydər...

2009-12-12Ətraflı

"Mətanət A" şirkəti qocalar evində və əlil uşaqlarla iş mərkəzində olmuşdur

Müqəddəs Ramazan günlərində insanların bütün xeyirxah niyyətləri, əməlləri heç şübhəsiz ki, Uca Yaradan tərəfindən də vacib buyurulmuşdur. İnsanlar arasında dostluq, qardaşlıq və həmrəylik duyğularını daha da gücləndirən, insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayında hər il olduğu kimi, bu il də “Mətanət A” Şirkəti böyük qürur hissi və könül xoşluğu ilə kimsəsiz insanlara, yardıma ehtiyacı olan ailələrə öz dəstəyini əsirgəmədi. Bəzən insan öz gəncliyini axtarır, həyata yenidən gəlmək istəyir amma indi onlar qədər bunu arzu edən başqaları varmı görən? Bilgəhdəki Qocalar Evində təşkil etdiyimiz görüşdən yadda qalan ən maraqlı sual bu oldu. Belə bir ziyarətin önəmini hər zaman...

2009-09-18Ətraflı

"Mətanət A" şirkəti imkansız ailələrlə görüşmüşdür

Müqəddəs Ramazan ayında kimsəsiz insanların yanında olmaq, onlarla maraqlanıb qayğılarını bölüşmək, imkansız ailələrə yardım göstərmək bu ayın ən böyük fəzilətlərindəndir. Hər zaman olduğu kimi bu ay da “Mətanət A” Şirkəti birlik və bərabərlik nümayiş etdirərək bir neçə tədbirlər həyata keçirdi. Belə tədbirlərdən biri, Azırbaycan Qızıl Aypara Cəmiyyəti Yasamal rayonu Bölməsində baş tutdu. Cəmiyyətin təşəbbüsünə dəstək olaraq “Mətanət A” Şirkəti Ramazan ayında bir qrup kimsəsiz, imkansız ailələrələ görüşdü. Görüş zamanı bu ailələrin problem və qayğıları haqqında söhbət aparıldı və hər bir ailəyə ərzaq yardımı edildi. Onlarla görüşə gəldiyimizə sevinən sakinlər onlara olan diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Bundan başqa, 11 ayın...

2009-09-14Ətraflı

Xoş gəldin ey şəhr-i Ramazan!

Bütün müsəlman dünyasının böyük səbirsizliklə gözlədiyi, İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət edir, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. Xalqımız həmişə milli, mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmiş, Azərbaycan İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Sovet hakimiyyəti illərində Azərbaycanda İslamın təbliğinə qadağa qoyulsada, xalqımız bu müqəddəs dəyərlərin qorunmasında heç bir məhdudiyyətlərə məhəl qoymayaraq, böyük əzm və iradə göstərmişdir. Müstəqillik qazandıqdan sonra isə bu dəyərlərin təbliğində, insanların Allah və din qarşısında vicdani borcunu ləyaqətlə yetirməsində artıq heç bir qadağa yox idi. Neçə illərdir xalqımız bu ayda ilahi, imani sevgisini azad...

2009-08-22Ətraflı

Ulu öndərin anadan olmasının 86-cı il dönümü münasibətilə «Mətanət A» şirkətinin kollektivi ümummilli liderimizin məzarını ziyarət edib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə «Mətanət A» şirkətinin kollektivi ulu öndərin fəxri xiyabandakı məzarını ziyarət etmiş, ümummilli liderin məzarı üzərinə əklil qoymuşdur. Şirkət nümayəndələri milli dövlətçilik və müstəqilliyimizin banisi, ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan xalqının bəslədiyi hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatından sonra görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Müasir Azərbaycan tarixində baş vermiş...

2009-05-12Ətraflı

Qafqazdan yeganə şirkət «Mətanət A» «MosBuild 2009» sərgisində

Sərgidə iştirak etməklə şirkət öz məhsullarını nümayiş etdirmək, yeni istehsalçı qruplarla tanış olmaq, dünya tikinti bazarına çıxarılan məhsul istehsalçılarını yaxından tanımağı əsas hədəf kimi seçmişdir. Əsas məqsədimiz: satış bazarlarını genişləndirmək, yeni partnyorlarla tanış olmaq, dünya inşaat materialları ilə tanış olmaqdan ibarətdir. Stendimizə ölkənin ən uzaq regionlarından belə bir çox mütəxəssislər yaxınlaşmış, çoxlu potensial müştərilərlə görüşlər keçirmişik və biz bütün danışıqlarımızın uğurlu nəticə verəcəyinə əminik. Sərginin ən müsbət tərəfi keçirilmə vaxtıdır ki, bir çox inşaat şirkətləri öz işlərini məhz bu fəsildə həyata keçirir və bütün yenilikləri ortaya çıxarmaq üçün cidd cəhdlə çalışır. Biz də öz növbəmizdə sərgidən sonra bütün təklif və tanışlıqları...

2009-04-03Ətraflı