az

“Mətanət A” şirkətinin rəhbəri və kollektivi Ümummilli lider Heydər Əliyevin anım gününü hüzünlə yad ediblər

Ulu öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 16 il ötür. Ümummilli liderin anım günü “Mətanət A” şirkətində hüzünlə yad edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzar önünə gül-çiçək dəstələri və əklil qoyublar. Həmçinin “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib və məzarın önünə gül-çiçək dəstələri qoyublar.

2019-12-12Ətraflı

“Mətanət A” ustaları maarifləndirir

Yarandığı gündən daim innovativ texnologiyaların tətbiqi ilə istehsal etdiyi yeni məhsullar, ixtiraları sayəsində artıq 20 ilə yaxındır Azərbaycanın inşaat materialları sektorunun lideri ünvanını özündə saxlamağı bacaran “Mətanət A” şirkəti eyni zamanda inkişaf etmiş ölkələrdə tikinti sektorunda tətbiq edilən qabaqcıl ənənələrin də ölkəmizdə tətbiqi ilə tanınır. Məhz “Mətanət A”nın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə ustaların bilik və bacarıqlarının artırılmasını qarşısına məqsəd qoyan Ustalar Klubu təsis olunub.  Kluba üzv olan ustalarla tez-tez görüşlər keçirilir, treninq və seminarlar təşkil olunur, “Mətanət A” şirkətinin məhsulları ilə bağlı ətraflı məlumatlar verilir.  Bu günlərdə Ustalar Klubunun yeni silsilə görüş-təlimlərinə start verilib. Bu dəfəki təlimlər əsasən şirkətin yeni brendi - AZERLIME suvaq və...

2019-07-05Ətraflı

“Mətanət A” şirkətində daha bir humanitar aksiya

Cənubi Qafqazın ən böyük inşaat materialları şirkətlərindən olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırır. Şirkət ətraf mühitin qorunması, gənc kadrların inkişafı, eləcə də idman, mədəniyyət, təhsil və humanitar aksiyalara daim dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.  Bu gün şirkətdə daha bir humanitar aksiya baş tutub.  Şirkət əməkdaşları 14 iyun Ümumdünya Qan Donorları Günü münasibətilə qan veriblər. Aksiyada könüllülük əsasında şirkətin 40-a yaxın  əməkdaşı iştirak edib. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya       İnstitutunun əməkdaşları tərəfindən toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.  Qeyd edək ki, bu “Mətanət...

2019-06-14Ətraflı

“Onlar unudulmadı”

 19 illik fəaliyyəti dövründə inşaat sektorunda istehsal etdiyi keyfiyyətli məhsullarla tanınan "Mətanət A" şirkəti öz sektorunda Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırmışdır. Belə ki, şirkət ətraf mühitin qorunması, keyfiyyətli məhsulların istehsalı, kadrların inkişafı, eləcə də idman, mədəniyyət və təhsil sahəsinə daima dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir. Müsəlman aləminin ən vacib və ən gözəl bayramlarından biri olan Ramazan bayramı da  birlik və bərabərliyin rəmzi hesab olunur. Bu bayramın təməlində xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur. "Mətanət A" şirkəti hər il olduğu kimi bu il də Ramazan bayramında onlarla imkansız, sosial təminatı az olan,...

2019-06-07Ətraflı

AZALACAQ XƏRCİNİZ!

 “AZALACAQ XƏRCİNİZ! Son günlərdə mütəmadi olaraq TV və radio kanallarında, küçə reklamlarında, metrolarda, elektron media portallarında hər birimizin böyük marağına səbəb olan bu sirli sloqanın açılışı nəhayət baş tutdu. 2000-ci ildə əsası qoyulan və artıq 20 ilə yaxındır ki, uğurla fəaliyyət göstərən “Mətanət A” şirkəti inşaat materiallarının istehsalı sektorunda lider şirkətlərdən biridir. Müasir texnoloji yeniliklər, innovativ texnologiyalar əsasında fəaliyyət göstərən zavodlarda istehsal olunan məhsullar həm ekoloji cəhətdən sağlam, həm də müxtəlif istiqamətlərdə xərclərə qənaət edilməsində mühüm yenilikləri özlərində əks etdirir. Bu ənənəsinə sadiq qalaraq “Mətanət A” şirkəti AZERLİME əhəng zavodu və zavodda istehsal olunan AZERLİME Suvaq Üçün Əhəng məhsulu geniş ictimaiyyətə...

2019-05-23Ətraflı

"Mətanət A" şirkəti VI məzun-karyera sərgisində iştirak edib

Ölkənin əmək bazarında yeni iş yerlərinin yaradılmasında maraqlı olan və şirkət əməkdaşlarının sıralarını hər zaman yeni-yeni əməkdaşlar hesabına genişləndirən "Mətanət A" şirkəti Azərbaycan Dövlət Neft və Sənaye  Universitetində keçirilən tələbə və məzunlar üçün növbəti karyera sərgisində iştirak edib. Şirkət bu ali təhsil ocağında artıq altıncı dəfə təşkil olunan sərgidə müxtəlif xarakterli 10-a  yaxın vakansiya təqdim edib. Tələbə və məzunlar Azərbaycanın əmək bazarında yüksək səviyyəli iş şəraiti və adekvat əmək haqları təklif edən biznes strukturu kimi tanınan  "Mətanət A" ailəsinə üzv olmanın üstünlükləri ilə tanış olub, iş təklifləri ilə yaxından maraqlanıblar. Şirkətin mütəxəssisləri sərgi iştirakçılarına vakansiyalarla bağlı ətraflı məlumat veriblər.  "Mətanət...

2019-05-22Ətraflı

“Mətanət A” şirkəti İnşaatçılar Gününü inşaatçı tələbələrlə qeyd etdi

(®) Azərbaycanın tikinti materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “Mətanət A” şirkəti İnşaatçılar Günü münasibətilə Memarlıq və İnşaat Universitetində tədbirlər keçirib.  Tədbirin rəsmi hissəsində şirkətin Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Prof. Dr. Elxan Bəşirovun “Quru inşaat qarışıqları komponentlərinin aktivləşdirilməsi ilə effektivliyinin artırılması” adlı kitabının təqdimat mərasimi baş tutub.  Mərasimdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Universitetin Elmi Şurasının üzvü  Bayram  Aslanov kitabı ali məktəb tələbələri üçün çox önəmli bir elmi araşdırma kimi qiymətləndirib. Universitetlərin bir çoxunun azərbaycandilli dərs vəsaitləri baxımından çətinliklərlə üzləşdiklərinə diqqəti yönəldən cənab Aslanov sırf inşaat sektoru ilə bağlı ...

2019-04-11Ətraflı

“Mətanət A” şirkəti nüfuzlu beynəlxalq sərgidə iştirak edib

2-5 Aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində "MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisi keçirilib.    AZXEBER.COM xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycandan olan şirkətlər öz məhsullarını "Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.   Qeyri-neft sektorunda qabaqcıl şirkətlərdən olan və Cənubi Qafqazın ən böyük tikinti materialları istehsalçılarından biri, satış coğrafiyasını hər il genişləndirən "Mətanət A” şirkəti də Moskvada keçirilən "MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində iştirak edib. 4 gün davam edən sərginin ziyarətçiləri "Mətanət A” şirkətinə məxsus olan qlobal markalara- "Matanat”, "Shpak”, "Akdeniz”, "Fasnatural”, "Fasmatik”, "İzolatexe”, "İzokrist”,...

2019-04-08Ətraflı

"Mətanət A" şirkəti onlarla ailəyə bayram sevinci bəxş etdi.

Yurdumuza bahar gəlir, xalqımız yüzillərdən bu günümüzə qədər sevərək yaşatdığı Novruz Bayramını yüksək coşğu ilə qeyd edir.  Korporativ Sosial Məsuliyyət layihələrini fəaliyyətinin önəmli tərkib hissəsi halına gətirmiş “Mətanət A” şirkəti xalqımızın əziz bayramlarından olan Novruz Bayramında da insanlarımıza sevinc bəxş edib.  Belə ki, 18 Mart tarixində şirkət kollektivi müxtəlif az təminatlı ailələri, kimsəsiz uşaqları, ahıl və qocaları ziyarət edib, onlarla bayram görüşləri keçirdi və onlar üçün hazırlanmış bayram sovqatları təqdim etdi. Görüşlər zamanı aztəminatlı ailələrin üzvləri ilə Novruz ən-ənələrindən, şirkətin fəaliyyəti haqqında söhbət edildi. Qeyd edək ki, 2000-ci ildə fəaliyyətə başlayan, hər zaman korporativ məsuliyyət layihələrinə xüsusi diqqət ayıran və bu...

2019-03-19Ətraflı

Elxan Bəşirov: "Sahibkarlar, özəl şirkətlər sosial layihələrə dəstək verməlidirlər

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişaf proqramı çərçivəsində bu kənddə təşkil etdiyi tədbirdə "Mətanət A" şirkətinin nümayəndələri, o cümlədən şirkətin Müşahidə Şurasının sədri Elxan Bəşirov da iştirak edib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və həyata keçirilən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə iqtisadiyyatın və məşğulluğun inkişafında əhəmiyyətini vurğulayıb, belə layihələrin bundan sonra...

2019-03-16Ətraflı

“MƏTANƏT A” ŞİRKƏTİNİN KOLLEKTİVİ XOCALI QURBANLARININ ƏZİZ XATİRƏSİNİ YAD ETDİ

Xalqımızın yaddaşından heç vaxt silinməyən erməni vandalizmi nəticəsində törədilmiş Xocalı soyqırımından 27 il ötür. Hər il yüz minlərlə insan bütün dünyanı dəhşətə gətirən bu faciə qurbanlarının xatirəsini yad etmək üçün paytaxtımızda ucaldılmış Xocalı abidəsini ziyarət edir, o dəhşətli gecədə həyatını itirmiş yüzlərlə günahsız insanın  ruhlarına dualar oxuyur. “Mətanət A” şirkətinin rəhbərliyi və kollektivi bu il də Xocalı abidəsini ziyarət edərək soyqırım qurbanlarının başlarına gətirilən görünməmiş qəddarlıqlarla bağlı hiddət və üzüntülərini ifadə edib, abidənin önünə əklil və gül dəstələri düzüblər. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndindəki 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi...

2019-02-26Ətraflı

“MƏTANƏT A” şirkəti gənclərin məşğulluğunun artırılmasına töhfə verir

“Mətanət A” şirkəti ölkəmizdə yeni iş yerlərinin açılması, gənclərin məşğulluğunun artırılması strategiyasına ən çox töhfə verən biznes qurumlarından biridir. Eyni zamanda əməkdaşlarının sıralarını gənc və perspektivli kadrlarla zənginləşdirməkdə maraqlı olan şirkət Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən tələbə və məzunlar üçün növbəti karyera sərgisində iştirak edib. “Mətanət A” şirkəti sərgidə müxtəlif xarakterli 10-a  yaxın vakansiya təqdim edib. Tələbə və məzunlar Azərbaycanın əmək bazarında yüksək səviyyəli iş şəraiti və adekvat əmək haqları təklif edən biznes strukturu kimi tanınan  “Mətanət A” ailəsinə üzv olmanın üstünlükləri ilə tanış olub, iş təklifləri ilə yaxından maraqlanıblar. Şirkətin mütəxəssisləri sərgi iştirakçılarına vakansiyalarla bağlı ətraflı məlumat veriblər.  “Mətanət A” şirkətində...

2019-02-22Ətraflı

“Mətanət A” şirkətinin əməkdaşları arasında boulinq turniri keçirilib

Uğurlu biznes strategiyası ilə artıq 20 ilə yaxındır Azərbaycanın inşaat materialları bazarında liderliyini qoruyub saxlayan “Mətanət A” şirkəti əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkilini də diqqətdən kənarda qoymur. Şirkət rəhbərliyi əməkdaşların istər iş şəraiti, istərsə istirahət imkanlarının yüksək səviyyədə olmasına önəm verdiyini əməli işlərlə dəfələrlə sübut edib.    Əksəriyyəti gənclərdən ibarət olan şirkət kollektivi 2 Fevral Gənclər Gününü də boulinq turniri ilə qeyd edib. Səmərəli istirahət zövqünü yaşayaraq  pozitiv enerjiyə köklənmiş işçi kollektivinin  gördüyü iş də məhsuldar və faydalı olur.  Şirkətin uğurlarının mənbəyi də bu cür gözəl korporativ komandadır.  Qeyd edək ki, sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkətinin əsası 2000-ci ildə qoyulub...

2019-02-03Ətraflı

"Mətanət A" şirkəti şəhidlərin əziz xatirəsini yad edib

“Mətanət A” şirkətinin rəhbərliyi və kollektivi 29 il öncə - 1990 –cı ilin 20 Yanvarında  Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların  xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, azadlıq qurbanlarının ruhlarına dualar oxunub.

2019-01-20Ətraflı