12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr 2012-ci il müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, fenomenal şəxsiyyət Ümummilli lider Heydər Əliyevin anım günüdür. "Mətanət A" şirkətinin rəhbərliyi və şirkət kollektivi bu böyük şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın əlaməti olaraq ulu öndərin memorial abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri qoydular. Müstəqil Azərbaycan dövlətinin formalaşması, cəmiyyətin bütün sahələrinin dinamik inkişafı, tərəqqisi, müasirləşməsi ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz, ölkəmizin dünyada tanınması istiqamətində misilsiz xidmətləri olmuşdur. O, milli intibahımızın memarı, Azərbaycan müstəqilliyinin xilaskarı, milli iqtisadi inkişaf strategiyasının banisi, konstitusiyanın müəllifidir. Heydər Əliyev ideyaları bu gün Azərbaycanın...

2012-12-12Ətraflı

“Mətanət A” şirkəti Ramazan bayramı münasibətilə kimsəsiz və imkansız ahıllara bayram sovqatı paylayıb

“Mətanət A” şirkəti Ramazan bayramı münasibəti ilə silsilə tədbirlər həyata keçirir. Bu dəfə şirkət işçiləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron Rayon Komitəsi ilə birlikdə Xırdalan şəhərində yaşayan imkansız və kimsəsiz ahıllarla görüşüb, onları qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik edib və bayram sovqatları paylayıb. Tədbiri giriş sözü ilə açan Şirkətin İctimaiyyətlə Əlaqələr üzrə meneceri əvvəlcə şirkət rəhbərliyinin bayram təbriklərini ahıllara çatdırıb. Hər bayramda olduğu kimi, müqəddəs Ramazan bayramında da onları yada saldığı üçün şirkət rəhbərliyinə təşəkkürlərini bildirən ahıllar bunun bir ənənə halı aldığını və şirkətin bu cür sosial fəaliyyətlərin təqdirə layiq hal olduğunu söyləyib. Daha sonra şirkət işçiləri Xırdalan ərazisində yaşayan yataq...

2012-08-18Ətraflı

"Mətanət A” şirkəti "Progress" mükafatına layiq görüldü

Mətanət A şirkətinin əldə etdiyi mükafatlar silsiləsinə yenisi əlavə olundu.Belə ki, Rusiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Rusiya Ticarət Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlər 2012” müsabiqəsində iştirak edən “Mətanət A” şirkəti mükafata layıq görülüb. “Rusiya bazarına ekoloji sağlam məhsulların ixracına görə” nominasiyasında olan mükafatı “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinin rəhbəri Cənab Yuri Şedrin təqdim edib. Öz növbəsində diplomat “Mətanət A” şirkətinin istehsal etdiyi məhsulların Rusiyanın tikinti bazarında xüsusi yer tutduğunu qeyd edib. “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov bu mükafatın yeni uğurlara imza atması üçün stimul olacağını bildirdi. Onlarla şirkətin içindən seçilən “Mətanət A” şirkətinin Rusiya...

2012-05-31Ətraflı

“Mətanət A” şirkətinin kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünü qeyd etdi

10 May 2012-ci il tarixində uzaqgörən siyasətçisi, görkəmli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü münasibəti ilə paytaxtda və regionlarla yanaşı dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar tərəfindən anım tədbirləri keçirilmiş və Ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad olunmuşdur. Ulu Öndərin 89 illiyi münasibəti ilə “Mətanət A” şirkəti də tədbir keçirmiş, eyni zamanda şirkətin rəhbərliyi və işçi kollektivi Gül Bayramına qatılmışdır.İlk olaraq Ulu Öndərin abidəsi önünə çiçəklər və əkilil qoyuldu. Daha sonra parkın daxilində yerləşdirilmiş güllərdən ibarət ekspozisiyalara baxış keçirildi. “Mətanət A” şirkətinin Gül Bayramı üçün xüsusi olaraq hazırladığı Güldən ibarət Gerb ekspozisiyası sakinlər və tədbir...

2012-05-11Ətraflı

"Mətanət A" şirkəti MosBuild 2012-də

“Mətanət A” şirkəti Avropanın ən nəhəng sərgilərindən sayılan 18-ci Beynəlxalq tikinti və interyer sərgisi “Mosbuild 2012” -də Azərbaycandan yeganə şirkət olaraq iştirak edib. Yüz mindən artıq tikinti mütəxəssisin iştirak etdiyi sərgi 3 gün, Rusiyanın paytaxtı Moskva şəhərində davam edib. Sərgi ziyarətçilərinin əksəriyyəti iri inşaat şirkətlərinin rəhbərləri və aparıcı mütəxəssisləri, iri və orta biznes nümayəndələri, sahibkarlar və adi vətəndaşlar olmuşdur. 1000-dən çox məhsul çeşidinə malik, 200-dən çox məhsul markasına sahib olan Mətanət A şirkəti sözügedən sərgidə inşaat mütəxəsislərin diqqətini cəlb eləməyi bacarıb. Şirkətin istehsal etdiyi, dünyanın 150-dən çox ölkəsində patentləşdirilmiş , “ağlay” əsaslı məhsul olan “fasadda dekorativ üzlük piltələrinin və qəliblərdə...

2012-04-05Ətraflı