Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

2017-05-10

Ulu Öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü “Mətanət A” şirkətində qeyd edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın önünə gül-çiçək dəstələri və əklil qoyublar.

Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, məzarın önünə gül-çiçək dəstələri qoyublar.