"Mətanət A" şirkətində ulu öndər Heydər Əliyevin 88-ci il dönümü ilə bağlı tədbir keçirildi

10 May 2011-ci il tarixində uzaqgörən siyasətçisi, Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi xadim, fenomen insan, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü münasibəti ilə paytaxda və regionlarla yanaşı dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar tərəfindən anım tədbirləri keçirilmiş və ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad olunmuşdur. Bu kimi anım tədbirlərindən biri də “Mətanət A” şirkətində keçirildi. Tədbiri giriş sözü ilə açan şirkətin rəhbərliyi müasir Azərbaycanın inkişaf tarixinin birbaşa Heydər Əliyevin adı və ideyaları ilə bağlı olduğunu bildirdi. Bundan əlavə müstəqil Azərbaycan dövlətinin formalaşması, bununla yanaşı cəmiyyətin bütün sahələrinin yüksək dinamik inkişafı, tərəqqisi, müasirləşməsi, ölkənin bütün regionlarında...

2011-05-10Ətraflı

İlin ixtirası - FasNatural

19 Mart 2011-ci il tarixində "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli imukafat olan- “Uğur 2010” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Mərasim şəhərimizin gözəl məkanlarından biri olan “Buta Palace” da təşkil olundu. Mükafat Azərbaycan iqtisadiyyatının inkişafında, dünyaya inteqrasiya etməsində, biznes infrastrukturunun müasir standartlara uyğun qurulmasıda, ölkənin bu sahədə potensialının artırılmasında, yerli şirkətlərin rəqabət qabiliyyətini inkşaf etdirilməsində xidmətlər göstərmiş qurum və müəssisələrə, dövlət və özəl sektorun nümayəndələrinə təqdim olunur. Sevindirici haldır ki, hər il təşkil olunan bu təltifetmə mərasimində də Azərbaycan iqtisadiyyatının inkişafına öz töhvəsini verən, sement və gips əsaslı qarışıqların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti öz...

2011-03-19Ətraflı

"Mətanət A" şirkəti novruz bayramında kimsəsiz ailələrlə görüş keçirdi

Milli-mənəvi dəyərlərimizə hörməti öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən “Mətanət A” şirkəti cəmiyyətin qayğıya ehtiyacı olan təbəqəsinə dəstəyini, baharın gəlişi və təbiətin oyanışını təcəssüm etdirən xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində də göstərdi. Əlil uşaq və kimsəsiz insanlara qayğı və diqqəti heç bir zaman əsirgəməyən “Mətanət A” şirkəti hər il olduğu kimi bu ildə Qızıl Aypara Cəmiyyəti Abşeron rayon komitəsi, “Əlil Uşaq və Gənclərlə İş” Mərkəzi və “Əlil Qadınlar” Cəmiyyəti Sumqayıt şəhər şöbəsində bayram görüşləri keçirtdi. Kimsəsiz insanlar, qaçqın, məcburi köçkün, şəhid ailələri, əlil və kimsəsiz uşaqlarla keçirilmiş görüşlərdə onların Novruz bayramı təbrik edildi və hər birinə...

2011-03-18Ətraflı

"Mətanət A" şirkətində 20 yanvar faciəsi qurbanları anıldı

20 Yanvar faciəsindən 21 il ötür. Bu hadisə Azərbaycan xalqının təkcə faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, ictimai-siyasi təfəkküründə yaranmış böyük dəyişiklik günü, milli azadlıq hərəkatının yüksəliş zirvəsi idi. Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsi qurbanları dünyanın dörd bir yanında anılır və böyük ehtiramla yad edilir. Belə anım tədbirlərindən biri də “Mətanət A” şirkətində keçirildi. Tədbirdə ilk öncə 20 Yanvar faciəsində canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan şirkətin rəhbəri Elxan Bəşirov 20 Yanvar faciəsinin baş verməsi səbəblərindən, faciəyə verilən hüquqi və siyasi...

2011-01-20Ətraflı