az

"Mətanət A" şirkəti "İlin Şirkəti" elan olundu

Dekabr ayının 18-i Gülüstan Sarayında "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli imukafat olan- “İlin Şirkəti 2010” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Bu mükafat Azərbaycanda iqtisadiyyat və biznes sahəsi nümayəndələrinə təqdim olunan ən nüfuzlu mükafatdır və sahibkarlığın inkişafı baxımından əlavə stimul rolunu oynayır. Mükafat milli iqtisadiyyatın gücləndirilməsi, dünya standartlarının tətbiqi sahəsində göstərdiyi fəaliyyətə görə biznesmenlərə, dövlət və ictimai xadimlərə təqdim olunur.Sevindirici haldır ki, artıq bir neçə ildir qaliblər arasında “Mətanət A” şirkəti də öz yerini qoruyub saxlamışdır. Öz sektorunda navatorluq və yüksək keyfiyyətli məhsul istehsalı ənənəsinə sadiq qalan “Mətanət A” şirkəti bu dəfə də növbəti bir nominasiyada qalib...

2010-12-18Ətraflı

"Mətanət A" şirkətində ulu öndərin anım günü qeyd olundu

Ümummilli liderin hakimiyyətə gəlməsi müstəqil Azərbaycanın müəmmalı gələcək tarixinə aydınlıq gətirən parlaq bir günəşin doğması idi və bu, ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsinin, Azərbaycanın intibahına yol açacaq yeni tarixi mərhələnin əhəmiyyətli hadisəsi idi. Bu gün müstəqil bir dövlət kimi günü-gündən qüdrətlənən, beynəlxalq aləmdə özünə layiqli yer tutan müasir Azərbaycanın banisi, dünya azərbaycanlılarına azərbaycanlılıq fəxarətini dərk etdirən Heydər Əliyevin vəfatından 7 il ötür. Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirmiş dahi şəxsiyyət hər il olduğu kimi bu il də 12 dekabr günü dünyanın dörd bir yanında anılır və böyük ehtiramla yad edilir. Belə anım tədbirlərindən biri də “Mətanət...

2010-12-12Ətraflı

“Mətanət A” şirkətinin internet ünvanında müsabiqə bölməsi yaradıldı

Bildiyiniz kimi satınalma prossesi və digər işlərin həyata keçirilməsi üçün təklif olunan xidmətlərin araşdırılması və obyektivliyini təmin etmək üçün müasbiqələrin keçirilməsi prossesi zəruridir. Artıq uzun müddətdir ki, öz fəaliyyətində bu prossesi tətbiq edən “Mətanət A” şirkəti daha bir yenilik edərək öz internet ünvanında MÜSABİQƏ bölməsi yaratdı. Artıq şirkətin elan edəcəyi bütün müsabiqələr bu bölmə vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Həmçinin xidmətlərini təklif edən şirkətlər də bu bölmədən faydalanaraq öz təkliflərini electron formada şirkətimizə təqdim edə biləcəklər. Maraqlı şəxslər və qrumlar www. matanata. com internet ünvanına daxil olaraq müştəri xidmətləri bölməsindən müsabiqə bölməsinə keçərək tender və katirovkalarla daha ətraflı tanış ola bilərlər. Xatırladım...

2010-12-04Ətraflı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü qeyd olundu

10 May 2010-cu il tarixində böyük azərbaycanlı, görkəmli siyasi xadim, fenomen insan, zamanın ən güclü siyasətçilərindən olan, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü kimi qeyd olundu. Bu münasibətlə “Mətanət A” şirkətində də anım tədbiri keçirildi. Tədbiri giriş sozü ilə açan şirkətin rəhbəri Elxan Bəşirov xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən danışdı. Müasir Azərbaycanın sosial-iqtisadi, mədəni həyatında baş verən ən mühüm hadisələrin məhz ümummilli lider Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğuladı. Tədbirdə digər çıxış edənlər də, ulu öndərin banisi olduğu hüquqi dövlət və vətəndaş...

2010-05-10Ətraflı

Mətanət A" şirkəti MosBuild 2010 sərgisində iştirak etdi

Hər il olduğu kimi bu il də 6-9 Aprel 2010-cu il tarixlərində Moskva şəhərində MosBuild Beynəlxalq İxtisaslaşdırılmış İnşaat Sərgisi təşkil olundu. Avropanın ən nüfüzlu beynəlxalq sərgisi olan Mosbuild sərgisi qabaqcıl təchizatçıların, istehsalçıların və alıcıların böyük marağına səbəb olan tikinti və interyer sahələri daxil olmaqla 16 profilli sərgiləri özündə cəmləşdirən sərgidir. Burada potensial istehlakçılara dünya tikinti sektorunda baş verən yeniliklər - yeni məhsul və texnologiyalar nümayiş olunur, müştərilərlə yaxından tanışlıq qurulur, onları narahat edən məsələ və problemlər haqqında məlumat əldə olunur, partnyor və müştərilərlə mühüm strateji müqavilələr imzalanır. Bu il sayca 16-cısı təşkil olunan MosBuild 2010 Beynəlxalq İxtisaslaşdırılmış İnşaat Sərgisində 45...

2010-04-10Ətraflı

Ağdağ "İlin brendi" oldu!

Mart ayının 19-u Gülüstan Sarayında "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli imukafat olan- “Uğur 2009” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Bu mükafat Azərbaycanda iqtisadiyyat və biznes sahəsi nümayəndələrinə təqdim olunan ən nüfuzlu mükafatdır və sahibkarlığın inkişafı baxımından əlavə stimul rolunu oynayır. Mükafat milli iqtisadiyyatın gücləndirilməsi, dünya standartlarının tətbiqi sahəsində göstərdiyi fəaliyyətə görə biznesmenlərə, dövlət və ictimai xadimlərə təqdim olunur. 2009-cu ilin yekunlarına görə "Mətanət A" şirkətinin istehsal etdiyi məhsullardan biri olan "AĞDAĞ" "İlin Brendi" nominasiyası üzrə Uğur milli mükafatına layiq görüldü. 2007-ci ildən istehsal olunan və "Hamı Sağlam Qalacaq!" devizi ilə istehlakçılara təqdim olunan bu məhsul, qısa zaman...

2010-03-20Ətraflı