az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MATON 200" struktur təmir işləri üçün material

"MATON 200" struktur təmir işləri üçün material

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

MATON 200 sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, tiksotropik struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • dəmir-beton hissələrin təmirində;
  • betonların turşu və duzların təsirinə qarşı qorunmasında;
  • dəniz tikililərinin təmirində;
  • yerin altında qalan sənət abidələrinin təmiri və qorunmasında;
  • yüksək dözümlü beton hissələrin səth pozuntularının təmiri və səthin hamarlanmasında;
  • aşınmayan betonlarda dözümlü və sağlam təbəqənin əldə olunmasında;
  • yüngül və orta ağırlıqda yüklər üçün nəzərdə tutulmuş döşəmələrdə və səthin təmirində istifadə olunur.

Üstünlükləri

  • yalnız su ilə qarışdırılır və asanlıqla istifadə olunur;
  • beton səthdə yüksək yapışqanlılıq yaradır;
  • yüksək təzyiqə dözümlüdür;
  • yüksək tiksotropik xüsusiyyətlərə malikdir;
  • su keçirmir;
  • donma və açılmaya qarşı davamlıdir;
  • turşu, duz və yağların təsirlərinə qarşı dözümlüdür;
  • çatlar əmələ gətirmir.

İstifadə qaydaları

Səthin hazırlanması. MATON 200 məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam və tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən diqqətlə təmizlənməlidir. Kənarları girintili-çıxıntılı olan sahələr mümkün qədər düzləşdirilməlidir. Armatur hissələrdə olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armaturlarla əvəz olunmalıdır, səthdə su axıntısı varsa, qurudulmalı və ya İzoKontakt 1 məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə axıntının qarşısı alınmalıdır. Məhsulun tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır.

Qarışığın hazırlanmasıı. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 200 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə ğətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

MATON 200

1kq-lıq məhsul üzrə

25 kq-lıq kisə üzrə

Qarışdırılma üçün nəzərdə

tutulmuş su miqdarı

 

0,16 litr

 

4,0 litr

İstifadəyə hazır məhlulun sıxlığı

2,23 kq/litr

Tətbiqi. Hazırlanmış materialı mala və ya püskürtmə yolu ilə qalınlığı 10-40 mm olmaqla tətbiq edin. Daha qalın təbəqə əldə olunması üçün birinci təbəqənin qurumasını gözləyin və bundan sonra eyni şəkildə ikinci qatı tətbiq edin. Daha hamar səthin əldə olunması üçün material tərəfindən suyun çəkilməsi gözlənilməlidir, bundan sonra firça vasitəsilə səthə əlavə su səpərək taxta maladan istifadə etməklə səthi hamarlayın. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş MATON 200 təmir qarışığı +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Açıq şəraitdə iş aparılan zaman 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı maddələrin istifadə və reaksiya müddətləri mühitin rütubətliliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidratasiya müddəti ləngiyir və bu da quruma və fəaliyyət müddətini uzadır. Məhsulun bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minumum temperaturdan aşağı düşməməlidir. pH göstəricisi 5,5-dən aşağı olan məhlullardan istifadə olunmamalıdır. Geniş səthlərdə sonuncu beton qat şəklində istifadə olunmalıdır. Məhsul tətbiq olunduqdan sonra vibrator istifadə olunmamalıdır. İstifadə olunduqdan sonra alət su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50ºC+32Cº

Əyilmədə möhkəmlilik həddi:

  • 28 gündən sonra

 

>7,0 N/mm2

Sıxılmada möhkəmlilik həddi:

  • 1 gündən sonra
  • 7 gündən sonra
  • 28 gündən sonra

 

>20 N/mm2
>50 N/mm2
>60 N/mm2

Qopma müqaviməti:

  • 28 gündən sonra

 

>2,0 N/mm2

Elastiklik modulu:

  • 28 gündən sonra

 

>20, 0 N/mm2

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

 

10 mm
40 mm

İstifadə müddəti:

  • +20 0C temperaturda

 

30 dəqiqə

İstifadəyə verilmə müddəti:

  • +200C temperaturda

 

24 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm-lik qalınlıq üçün 1,94 kq/mməhsul sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamiş və orijinal qablarda sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir. Çatların dərinliyi 4 sm-dən çox olduqda.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamani işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!