İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" sintetik mat boya

Məhsul haqqında

Alkid əsaslı, yuyula bilən, mükəmməl örtmə qabiliyyətinə malik, uzun ömürlü, tutqun rəngli sintetik son qat divar, taxta və metal boyasıdır.

İstifadə sahələri

Bu boyadan:

  • bütün növ metal və taxta səthlərdə;
  • divarların boyanmasında istifadə olunur.
  • mükəmməl örtmə qabliyyətinə malikdir;

Üstünlükləri

  • uzun ömürlüdür;
  • asan yuyulur;
  • asan tətbiq olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz və hamar olmalı, boyanacaq səthlər yağ, kir, pas və hər növ qalıqlardan təmizlənməlidir.

Tətbiqi. Fırça və ya vərdənə ilə istifadə olunduqda boyanın 5%-i, püskürtmə aparatı ilə istifadə olunduqda isə 15%-i qədər ROKOL sintetik tinerlə incəldilməli (durulaşdırılmalı) və səthə 2 qat çəkilməlidir. Qatlar arasındakı müddət 12 saat olmalıdır.

Texniki göstəricilər

Məhsulun quruluşu

alkid əsaslı

Quru qalığı

82%

Sıxlığı

1,61 kq/litr

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

0,85; 2,5 və 15,0 litrlik dəmir qablarda

Sərfiyyatı

1 m2 səthə 120-140 qr boya istifadə oluna bilər.

Saxlama müddəti və qaydası

Ağzı açılmamış qablarda, quru şəraitdə, sərin yerdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • boya buxarının nəfəsə daxil olmaması və həmçinin dəriyə və gözə düşməməsi üçün fərdi mühavizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • oddan qoruyun.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!