az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" qoruyucu taxta lakı

"ROKOL" qoruyucu taxta lakı

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Modifikasiyalı alkid qətranı əsaslı, müxtəlif rəngli piqment çeşidlərindən ibarət olan, parlaq, dekorativ görünüşlü taxta qoruyucusudur.

 

İSTIFADƏ SAHƏLƏRI

Bu məhsuldan açıq havaya, UV şüalara məruz qalmış hər cür ağacdan hazırlanmış əşyalarda, bağ mebellərində,taxta evlərdə,balkonlarda,evin daxili və çıxış qapılarında,taxta sütunlarda qoruyucu və parlaq dekorativ boya olaraq istifadə olunur.

 

ÜSTÜNLÜKLƏRI

İstifadəsi rahatdır.

Xüsusi qatqılar sayəsində taxtanı həm çürüməkdən, həm də xarici mühitin UV şüalarından və zərərli təsirlərindən qoruyur.

Səthdə parlaqlıq yaratdığı üçün taxtanı nəmdən qoruyur.

Taxtaya dekorativ görüntü verməklə bərabər, təbii rəngini də qoruyub saxlayır.

 

İSTIFADƏ QAYDALARI

Səthin hazırlanması: Boyanacaq taxta yağdan, çirkdən, tozdan, köhnə qalıqlardan tamamilə təmizlənməlidir. Lazım gəldikdə cilalanmalıdır.

Tətbiqi: Məhsul lazım gəldikdə hər litrə 80-90 ml ROKOL sintetik tinerlə qarışdırılıb, fırça, vərdənə və ya püskürtmə aparatı ilə ikiqat vurulmalıdır. Qatlar arasında 8-9 saat gözlənilməlidir.

Tövsiyələr: İşlər bitdikdən sonra məhsulun qapağını bağlamaq lazımdır.

 

TEXNIKI GÖSTƏRICILƏRI

Tərkibi:                        alkid əsaslı

Həlledici:                     ROKOL sintetik tiner

Sıxlığı:                    0.9-0.95 qr/ml

Sərfiyyatı:             9-10 m²/l

Rəngi:                    kataloqa uyğun müxtəlif rənglərdə

Quru qalığı:                      55-58%

Quruma vaxtı:             toxunma quruması 2-2.5 saat

Tam quruma                    12-24  saat

Saxlama müddəti:       Sərin və günəş işığı tutmayan yerdə 2 il saxlanıla bilər

Qablaşdırma:              0.85-2.5 l-lik dəmir qablarda

 

XƏBƏRDARLIQLAR

Uşaqların əli dəyə biləcəyi yerlərdən uzaq tutun.

Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.

Alovlana bilir. Oddan uzaq tutun.

 

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

“Mətanət A” yalnız şirkətin mütəxəssislərinin gördüyü işlərə zəmanət verir. Şirkət təlimatdan kənar istifadə nəticəsində yarana biləcək problemlərə görə məsuliyyət daşımır.

Şirkət məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.