az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"PARAKONTAKT" hamar beton səthlərini nahamarlayan

"PARAKONTAKT" hamar beton səthlərini nahamarlayan

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


İstifadə qaydaları

Çap et


MƏHSUL HAQQINDA

Polimer qətranı əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusilə də gips əsaslı suvağın (sıva) səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astardır.

 

İSTİFADƏ SAHƏLƏRİ

  • Hamar beton səthi olan divar və tavanlarda beton səthə suvağın (alçı, qara suvaq və s.) möhkəm yapışdırılmasında;
  • Su hopma qabiliyyəti olan digər hamar səthlərdə istifadə edilir.

 

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. İstifadə olunan səthlərin sağlam, quru, tozsuz və təmiz olmasına diqqət yetirilməlidir. Səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır.

Tətbiqi. Məhsulu istifadədən əvvəl yaxşı-yaxşı qarışdırın.Bu məhsulu vərdənə ilə əvvəlcədən hazırlanmış səthə çəkin. İstifadə zamanı əgər ehtiyac duyularsa məhsula 10%-ə qədər su əlavə edib bircinsli məhlul əldə edilənədək qarışdırılmalıdır. PARAKONTAKT çəkildiyi səthin suyunu sürətlə özünə çəkdiyindən istifadədən əvvəl səthin suyu özünə çəkmə qabiliyyəti yoxlanılmalıdır. PARAKONTAKT çəkilmiş səthlərə sement və xüsusilə alçı əsaslı suvaqların vurulmasına məhsulun qurumasından 24 saat sonra başlamaq olar.

Tövsiyələr. PARAKONTAKT məhsulunun istifadə olunduğu səthin temperaturu +5°C-dən aşağı və ya +30°C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. Xarici səthlərdə istifadə olunmamalıdır. Həm istifadə müddətində, həm də sonra astarın təmiz saxlanılması vacibdir. PARAKONTAKT rütubət nisbətinin yüksək olduğu mühitlər üçün münasib deyildir (məsələn: hamam, sauna, üzgüçülük hovuzları və s.). İstifadə zamanı məhsul müntəzəm olaraq qarışdırılmalıdır.

 

TEXNİKİ GÖSTƏRİCİLƏR

Rəngi                                                 qəhvəyi

Aqreqat halı                                     qatı maye

İstifadə temperaturu                     +5°C - +30°C

Səthə çəkilmə qalınlığı:

  • minimum                               0,20 mm
  • maksimum                               0,40 mm

Quruma müddəti                            24 saat

Qablaşdırma                                     5,10 və 20kq-lıq plastik vedrələrdə         

 

SƏRFİYYAT

Səthin suyu özünə çəkmə qabiliyyətindən və hamarlığından asılı olaraq PARAKONTAKT-ın sərfiyyatı 500-650 qr/m2-dir. 10% Su qatılmış məhsulun sərfiyyatı 450-550 qr/m2-dir.

 

SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunaraq saxlanılmalıdır. Qısa müddət ərzində saxlanıldıqda istifadə zamanı əvvəlcə ən alta qoyulan məhsul götürülmək şərti ilə ən çoxu 3 taxta altlıq üst-üstə qoyula bilər. Anbarlarda normal saxlanma şəraitinə əməl edilərsə, istehsal tarixindən başlayaraq 3 il müddətində saxlanıla bilər. Ağzı açılmış qablardakı məhsul bir həftə ərzində istifadə olunmalıdır.

 

XƏBƏRDARLIQ

  • PARAKONTAKT məhsulu gözə və ya dəri ilə təmas edərsə dərhal su ilə yuyun;
  • Ağız boşluğuna düşərsə, həkimə müraciət edin;
  • İstifadə zamanı xüsusi paltar, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • Ərzaq məhsullarından və uşaqlardan uzaq saxlayın;
  • 0°C-dən aşağı temperaturda saxlamayın.

 

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

  • Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliy­yət daşıyır;
  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!