az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"FugaBlesk" zər effektli aralıq doldurma qarışığı

"FugaBlesk" zər effektli aralıq doldurma qarışığı

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


İstifadə qaydaları

Çap et


Məhsul haqqında

Epoksid əsaslı qızıl, gümüş və mis metalların rəng effektini verən zərlərin sayəsində parlaq (işıltılı) görüntü yaratması ilə istifadə olunduğu məkanları daha da cəlbedici göstərən, dekorativ, gigiyenik və asan təmizlənə bilən aralıq doldurma məhsuludur. AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.

İstifadə sahələri

Bu aralıq doldurma qarışığından:

  • daxili və xarici məkanlarda şaquli səthlərə vurulmuş qranit, keramika, mozaika və digər bu kimi inşaat materiallarının aralıqlarının doldurulmasında;
  • daxili və xarici məkanlarda üfüqi səthlərə döşənmiş keramika, qranit, mozaika, süni plitələrin və digər bu kimi inşaat materiallarının aralıqlarının doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • çirklənmir;
  • gigiyenik cəhətdən təmizdir;
  • asan silinə bilir;
  • rəng dalğalanması yaratmır;
  • zər qatqısı ilə dekorativ və əvəzolunmaz görüntü yaradır;
  • çatlamaya, aşınmaya qarşı dayanıqlı olub uzun ömürlüdür;
  • sement əsaslı aralıq doldurma qarışığına nisbətən daha çox cəlbedicidir;
  • 250C-də 50 dəqiqə ərzində istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. Məhsulun istifadə olunacağı səth quru və səthdəki nəmlik 5 %-dən çox olmamalıdır. Aralıqlar toz, kir və inşaat qalıqlarından təmizlənməli, ən azı 2/3 hissəsi boş olmalıdır. Zər effektini daha aydın görmək üçün aralığın eninin ən azı 3 mm olması tövsiyə olunur. Aşağı temperaturlarda məhsulda yüksək qatılıq müşahidə oluna bilər. Buna görə məhsul istifadədən əvvəl otaq temperaturunda (+230C±30C) 1 (bir) gün saxlanılmalıdır. İstifadəyə başlamazdan əvvəl əlcək geyilməli və mütləq gözlük taxılmalıdır.

Qarışığın hazırlanması. Qarışığı hazırlayarkən komponentlərin yerləşdirildiyi qabdan A, B ,C və D komponentlərini çıxarıb kənara qoyun, sonra həmin qabın içərisinə sıra ilə A, B və D komponentlərini axıradək boşaldın və homogen bir qarışıq əldə edilənə qədər aşağı dövrliyyəli bir qarışdırıcı ilə qarışdırın. D komponenti yüngül və uçucu olduğundan qarışdırarkən diqqətli olun. Parıltısız görünüş əldə etmək üçün D komponentini əlavə etmədən qarışıq hazırlana bilər. Daha sonra bu qarışığın üzərinə C komponentini əlavə edin və eyni şəkildə homogen bir qarışıq əldə edənədək qarışdırın.

Tətbiqi. Hazırlanan qarışığı istifadə olunacaq səthin üzərinə töküb elastiki malanın köməyi ilə yayaraq çarpaz hərəkətlərlə aralıqlara doldurun. Səthdə qalan qalıqları elastiki mala ilə sıyırın. FugaBlesk istifadə olunduqdan 15 dəqiqə sonra ilıq su ilə nəmləndirilmiş süngəri aralıq və səth üzərində yüngül dairəvi hərəkətlərlə gəzdirərək qalıqlardan təmizləyin. 24 saatdan sonra səthdə qalan qalıqlar nəmləndirilmiş bir bez ilə ovulmaqla təmizlənməlidir. Səth tam təmizlənmədikdə sirkəli su və ya aseton ilə ovulma işi təkrar olunmalıdır.

Tövsiyələr. İstifadə təlimatında göstərilməyən hər hansı əlavə qatqı qatmayın. Əldə edilən qarışığın istifadə müddəti +250C-də 50 dəqiqədir. Səthin və havanın temperaturu istifadə müddətinə təsir edə bilər. Yüksək temperaturda istifadə müddəti qısaldıgı halda, aşağı temperaturda istifadə müddəti uzanacaqdır. İstifadə müddəti bitmiş qarışıq istifadə olunmamalıdır.

Texniki göstəricilər

Rəngi:

  • komponent A
  • komponent B
  • komponent C
  • komponent D

açıq sarı rəngli şəffaf maye
açıq sarı rəngli şəffaf maye
qara, boz, bej, qəhvəyi, mavi rəngli toz
gümüş, qızıl, mis effektli zər

Slxlığı

1,53 kq/litr

İstifadə temperaturu

+100C ÷+250 C

İstifadə müddəti, 250C-də

50 dəqiqə

Son bərkiməsi

5 saatdan sonra

Üzərində hərəkət etmə müddəti

24 saatdan sonra

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

≥ 30 N/mm2
≥ 45 N/mm2

Suhopması 240 dəqiqədən sonra

≤ 0.1 qr

Temperatura dayanıqlığı

(-300 C) – (+800 C)

Qablaşdırma (dəst halında):

  • komponent A
  • komponent B
  • komponent C
  • komponent D

 

0,456 kq-lıq plastik qablarda
0,246 kq- lıq plastik qablarda
1,7 kq-lıq polietilen kisələrdə
0,1 kq- lıq plastik qablarda

Saxlanma müddəti və qaydası

Açılmamış orijinal qablarda, quru şəraitdə +50C ÷+350C arası temperaturda 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • istifadə zamanı mütləq əlcək və eynəkdən istifadə edin;
  • məhsulun qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • açıq rəngli məhsullar xarici məkanlarda ultrabənövşəyi şualara məruz qaldıqda rənglər tündləşə bilər;
  • güclü təmizləyicilərlə təmizləmə işi aparıldıqda zərlərin rəngi solduğundan FugaBlesk təmizlənərkən pH-ı neytral olan təmizləyicilərdən (sabun-su qarışığı) istifafadə edin;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!