az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"MATON 100" struktur təmir işləri üçün material

"MATON 100" struktur təmir işləri üçün material

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Sement əsaslı, birkomponentli, polimer və lif maddələri ilə möhkəmləndirilmiş, axıcı, hidrolizə uğramayan, struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • dəmir-beton hissələrin təmirində;
  • betonların turşuların və duzların təsirindən qorunmasında;
  • dəniz tikililərinin təmirində;
  • yerin altında qalan tarixi abidələrinin təmirində;
  • beton səthindəki əyriliklərin təmirində və düzəldilməsində;
  • betonlarda aşınmayan dözümlü və sağlam təbəqənin əldə olunmasında;
  • yığılma beton hissələrin quraşdırılmasında;
  • yüngül və orta ağırlıqlı nəqliyyat vasitələrinin hərəkət edəcəyi döşəmələrdə istifadə olunur.

Üstünlükləri

  • yalnız su ilə qarışdırılır;
  • qəlib içərisinə tökülərkən asanlıqla qəliblənir;
  • beton səthdə yüksək yapışqanlılıq yaradır;
  • yüksək təzyiqə dözümlüdür;
  • su keçirmir, donma və açılmaya qarşı davamlıdir;
  • turşuların, duzların və yağların təsirlərinə qarşı dözümlüdür;
  • çatlar əmələ gətirmir.

İstifadə qaydaları

Səthin hazırlanması. MATON 100 məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam, tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Kənarları girintili–çıxıntılı olan sahələr mümkün qədər düzəldilməlidir. Armatur hissələrində olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armaturlarla əvəz olunmalıdır. Səthdə su axıntısı varsa, qurudulmalı və ya tıxac vasitəsilə axıntının qarşısı alınmalıdır. Materialın tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır. ƏgərMATON 100 məhsulunun qalınlığı 40 mm-dən çox olarsa, nəzarət altında genişləndirmənin həyata keçirilməsi məqsədilə əlavə armaturlardan istifadə olunmalıdır.

Qarışığın hazırlanması. Lazımi miqdarda suyu xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 100 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə ğətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

MATON 100

1kq məhsul üzrə

25 kq-lıq kisə üzrə

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

 

0,16 litr

 

4,0 litr

İstifadəyə hazır məhlulun sıxlığı

2,25kq/litr

Tətbiqi. Hazırlanmış məhsulu qəlibin yalnız bir tərəfindən fasilə vermədən tək xətlə qalınlığı 10-40 mm olmaqla tökün. Qəlibin daxilində havanın qalmaması üçün iki tərəfli tökmə işləri aparmayın. Qəlibin daxilində boş sahələrin qalmaması üçün ucu çəngəl şəkilli alətdən istifadə edin. Bu zaman vibrator istifadə olunmamalıdır. Qəliblər 18-24 saatdan tez açıla bilməz. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş MATON 100 materialı +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Xarici səthlərdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı maddələrin istifadə və reaksiya müddətləri mühitin rütubətliliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidratasiya müddəti ləngiyir və bu da quruma və fəaliyyət müddətini uzadır. Yüksək temperatur hidratasiya müddətinı qısaldır və nəticədə quruma və fəaliyyət müddəti qısalır. Materialın bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minumum temperaturdan aşağı düşməməlidir. pH göstəricisi 5,5 dən aşağı olan məhlullarla təmas zamanı istifadə olunmamalıdır. Geniş səthlərdə sonuncu beton qat şəklində istifadə olunmalıdır. Material tətbiq olunduqdan sonra vibrator istifadə olunmamalıdır. İstifadədən sonra alətlər su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

boz

İstifadə temperaturu

+50 C ÷+320 C

Əyilmədə möhkəmlilik həddi

  • 28 gündən sonra

 

>8,0 N/mm2

Sıxılmada möhkəmlilik həddi:

  • 1 gündən sonra
  • 7 gündən sonra
  • 28 gündən sonra

 

>20 N/mm2
>50 N/mm2
>60 N/mm2

Qopma müqaviməti

  • 28 gündən sonra

>2,0 N/mm2

Elastiklik modulu

  • 28 gündən sonra

>20,0 N/mm2

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

10 mm
40 mm

İstifadə müddəti (+20 0C)

30 dəqiqə

İstifadəyə verilmə müddəti

  • +200C temperaturda

24 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

10 mm-lik qalınlıq üçün 19,40 kq/mməhsul sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orijinal qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələr müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamani işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər maddənin udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!