az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

"ROKOL" sintetik antipas boya

"ROKOL" sintetik antipas boya

Məhsul sərfiyyat hesablayıcısı


PDF yüklə


Sifariş et


Çap et


Məhsul haqqında

Sintetik əsaslı antipas boyadır.

İstifadə sahələri

Bu boyadan:

  • detalların metal səthlərinin qorunmasında;
  • paslanmış digər daxili və xarici səthlərdə istifadə olunur.

Üstünlükləri

  • nəmə, suya və duzlu sulara qarşı dayanıqlıdır;
  • asan istifadə olunur;
  • tez quruyur.

İstifadə qaydaları

Səthin hazırlanması. Antipas boyanın tətbiq ediləcəyi səthlər yağ, pas və köhnə boyalardan təmizlənməlidir.

Qarışığın hazırlanması.
 Antipas boyanı ROKOL sintetik tinerlə duruldaraq işlədin.

Tətbiqi.
 İstifadədən əvvəl boya yaxşıca qarışdırılmalı və nazik qat şəklində səthə çəkilməlidir.

Texniki göstəricilər

Rəngi

Tərkibi

sintetik əsaslı

Quruma müddəti (+200C temperaturda):

  • ilk
  • son

 

2 saatdan sonra
7-8 saatdan sonra

Sıxlığı

1,6 kq/l

Qatı maddə miqdarı

81%±1%

Qablaşdırma

0,75 ; 2,5 və 15 litrlik dəmir qablarda

Sərfiyyat

1 litr boya ilə 10-12 m2 səthi boyamaq olar.

Saxlama müddəti və qaydası

Kip və ağzı bağlı qabda, sərin yerdə 12 ay saxtanıla bilər.

Xəbərdarlıqlar 

  • oddan qoruyun;
  • boya buxarının nəfəsə daxil olmaması üçün müvafiq fərdi mühafizə vasitələrindən istifadə edin;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • gözə və dəri üzərinə düşməsinin qarşısını alın.
  • tətbiq olunduğu mühiti havalandırın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!